Çindən ABŞ-a sərt reaksiya
Çinin Ticarət Nazirliyi, ABŞ-ın dəmir və alüminiuma tətbiq etdiyi əlavə gömrük vergisi ilni pisləyərək, ölkə rəhbərliyini beynəlxalq ticarət sisteminə zərər verməkdə günahlandırdı.
"Marja" xəbər verir ki, Çin Ticarət Nazirliyindən verilən açıqlamada, ABŞ rəhbərliyinin, idxal dəmir və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz nisbətlərində gömrük tarifi tətbiq edilməsi qərarı ilə milli təhlükəsizlik adı altında himayəçilik etdiyi və çoxtərəfli ticarət sisteminə zərər verdiyi qeyd edilib. Bu qərarın beynəlxalq ticarət qaydalarına ciddi zərər verəcəyi vurğulanıb.
Dünya Ticarət Təşkilatı, Avropa İttifaqı və çoxlu sayda ölkədən qərara sərt reaksiyalar verildiyinə diqqət çəkən açıqlamada, Çinin də öz qanuni hüquq və maraqlarının təhlükəsizliyini təmin etmək üçün güclü tədbirlər görəcəyi vurğulanıb.
Bundan başqa, ABŞ, beynəlxalq ticarəti təmsil edən təşkilata hörmət etməyə və sözügedən qərarı gecikmədən ləğv etməyə dəvət edilib.
ABŞ Prezidenti Donald Trump, idxal dəmir və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edilməsi qərarını imzalayıb, mübahisəli gömrük vergisi üçün "Bu gün verdiyimiz qərarlar, millətimizin təhlükəsizliyi üçün bir zərurətdir. Nəhayət uzun müddətdir davam edən problemi həll etmək üçün addım atırıq. Bu gün ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün idxal dəmir və alüminium gömrük vergiləri tətbiq edirəm", - ifadələrini işlətmişdi.
Çinin xarici işlər naziri Vanq Yi isə mətbuata verdiyi açıqlamada, bir ticarət müharibəsi olması vəziyyətində layiqli cavab verəcəklərini, ancaq bu müharibənin hər kəsə zərər verəcəyini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)







.jpg)







