Malını, heyvanını girov qoy, bankdan kredit al - YENİ SİSTEM İŞƏ DÜŞDÜ
Girov olmadan sahibkarların banklardan kredit cəlb etməsi çətindir. Xüsusilə, banklar girov məqsədilə daha çox daşınmaz əmlak tələb edirlər.
“Marja” xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, kiçik müəssisələrin, ticarətçilərin və fermerlərin maliyyə ehtiyaclarını asan qarşılamaları üçün “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini” işə salıb. Reyestr https://mpcr.fimsa.az/ adlı portalda fəaliyyət göstərir.
Təqdimatda Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bildirib ki, Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb etməsini stimullaşdıracaqdır.
Reystr kiçik və orta sahibkarlara daşınar əmlaklarını təminat göstərərək banklardan kredit alamaq imkanı yaradır.
“Daşınar əmlakın yüklülüyü haqqında” qanuna görə, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar (mənzil, avtomobil) və qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.
Yüklülük – borcun icrasının təmin edilməsi üçün daşınar əmlakın reyestr vasitəsilə girov qoyulmasıdır.Bu zaman mülkiyyət hüququ məhdudlaşdırılır.
Yüklülük verən borcalan, yüklülük sahibi isə borcverən tərəfdir.
Aşağıdakılar girov gösərilərək banklardan kredit tələb edilə bilər:
-Alacaqlar (başqasının sizə olan borcları)
-Maşın, avadanlıq, alətlər, istifadə edilən əşyalar
-Heyvanlar
-Çox illik məhsul verən ağaclar
-Əqli və sənaye mülkiyyəti hüquqları
-Markalar
-Kənd təsərrüfatı məhsulları
-Xammal və materiallar
-İcarə gəlirləri
-Arenda haqqı
-Kommersiya layihələri
-Hər növ gəlir və qazanclar və s.
SİSTEM NECƏ İŞLƏYİR?
Malını, kənd təsərrüfatı məhsulunu ya da heyvanını girov göstərərək kredit götürmək istəyənlər, əvvəlcə bir banka gedərək kredit üçün müraciət etməlidir. Təminat göstəriləcək daşınar əmlaklara bank tərəfindən baxılır və kredit məbləğində razılaşma əldə edilir. Sonra bank filialında elektron informasiya sisteminə daxil olaraq onlayn rejimində məlumatlar (əmlakın sahibi, əmlak barədə və.) reyestrə daxil edilir. Qısası, müqavilə forması doldurulur. Bu formaya yüklülük haqqında bildiriş də deyilir.
Bildiriş (müqavilə) məlumatların reyestrə daxil edilməsi yolu ilə qeydiyyata alınır və ona unikal qeydiyyat nömrəsi verilir. Bildiriş axtarış aparan şəxslər üçün reyestrdə göründüyü andan qüvvəyə minmiş hesab olunur.
Yüklülük haqqında bildiriş onda göstərilmiş müddətədək qüvvədədir. Reyestrdə yüklülüyə, xitam vermə haqqında bildiriş daxil edilməklə də xitam verilə bilər.
Müqavilə qeydiyyata alındıqdan sonra girov qoyulan əmlaklar reyestrdə görünəcəkdir. Sorğu yolu ilə əmlakın girovda olub-olmamadığı barədə məlumatı əldə etmək mümkündür.
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri, sadəcə bir maliyyə qurumundan (bankdan, bank olmayan kredit təşkilatından və s.) kredit tələb edərkən istifadə ediləcək bir sistem deyil. Eyni zamanda, şirkətlər, istehsalçılar, ticarətçilər, fermerlər bu sistemdən istifadə edərək bir-birlərinə borc verə bilərlər.
Borclu ödəmə çətinliyinə düşdüyü anda girov qoyduğu əmlaklar hərrac və ya digər üsullar ilə satılacaqdır.
REYESTRDƏN İSTİFADƏ HAQQI
“Daşınar əmlakın yüklülüyü haqqında” qanunda göstərilib ki, yüklülük, yüklülüyə dəyişikliklər edilməsi və yüklülüyə xitam vermə haqqında bildirişlərin reyestrə daxil edilməsinə, habelə reyestrdə məlumat axtaran şəxsin sorğusu əsasında ona axtarışın nəticələrinə dair kağız daşıyıcılarda təsdiqlənmiş hesabatın verilməsinə görə haqq tutulur.
Müəssisələrin və təsərrüfatların aktivlərini (avadanlıq, maşın, xammal, heyvan və s.) girov qoyaraq kredit cəlb etmək və işlərini böyütmək fürsəti əldə etmələri sistemin üstünüyüdür.
Müəssisə və ya sahibkar ödəmə çətinliyinə düşdüyü anda girov qoyduğu, eyni anda istehsalatda istifadə etdiyi maşın, avadanlıq və ya xammal müsadirə ediləcəkdir. Bu halda istehsal dayana və müəssisə bata bilər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























