2 trilyon dollar cərimələnə bilər
 
 2016 Prezident Seçkilərində Donald Trump üçün çalışan siyasi müşavirlik şirkəti "Cambridge Analytica"nın 50 milyon Facebook istifadəçisinin məlumatlarını necə əldə etdiyinə dair Facebook haqqında istintaq başlayıb.
 ABŞ Federal Ticarət Komissiyasının (FTC), Facebook-un 50 milyon istifadəçisi barədə məlumatları  "Cambridge Analytica"ya qərəzli təqdim etdiyi şübhələri əsasında şirkət haqqında istintaq başlanıb.
  
"Marja" xəbər verir ki, ötən həftə sonu "The Guardian" qəzeti tərəfindən ortaya çıxarılan qalmaqal, "Cambridge Analytica" adlı şirkətin milyonlarla amerikalı seçicinin məlumatlarını Facebook-dan əldə etdiyini və siyasi məqsədlərlə istifadə etdiyini ortaya çıxardıb.
  
Christopher Wylie adlı keçmiş bir  "Cambridge Analytica" əməkdaşı detalları qəzetə danışıb. Toplanan istifadəçi məlumatlarının hazırlanmış bir tətbiq (proqram) vasitəsilə "seçicilərin qərarlarına təsir etmək üçün" Facebook üzərindən bir sıra psixoloji cəhdlər edildiyi üzə çıxıb.
  
Christopher Wylie, qalmaqalı ortaya çıxardığı üçün Facebook-un sahib olduğu bütün sosial şəbəkələrdəki hesablarının bağlanıldığını bildirib.
FTC, istintaqın, Facebook ilə 2011-ci ildə istifadəçi məlumatlarının təhlükəsizliyinə dair bağladıqları müqavilənin pozulub-pozulmadığını araşdırmaq üçün həyata keçirdiyini açıqlayıb. Facebook, komissiyaya məxfilik xüsusiyyətlərini inkişaf etdirəcəklərini və üçüncü tərəflərin istifadəçi məlumatlarına icazəsiz daxilolmasına icazə verməyəcəyini vəd etmişdi.
  
FTC ilə Facebook arasında bağlanmış müqaviləyə görə, "Cambridge Analytica"nın xeyrinə məlumatları oğurlanan hər bir istifadəçi üçün, Facebook, 40 min dollar cərimələnə bilər. Bu məbləğin 50 milyona vurulması (2 trilyon dollar) isə Facebook-u tarixinin ən böyük maliyyə böhranına sala bilər.
Trampın seçki kampaniyasını aparmış "Cambridge Analytica" adlı siyasi araşdırma şirkəti də, milyonlarla Facebook profilindən icazəsiz şəkildə məlumat toplayaraq bu məlumatları qərarsız seçicilərin davranışlarını dəyişdirmək məqsədilə sui-istifadə etməklə günahlandırılır.
Günahlandırmanın mənbəyində, Kembric Universiteti Psixometriya Mərkəzinin tədqiqatçıları tərəfindən 2014-cü ildə aparılmış araşdırma yer alır. Tədqiqata görə, insanların rəqəmsal mühitdə qoyduqları izləri istifadə edərək onları öyrənmək olar.
86200 könüllünün iştirak etdiyi tədqiqatda, insanların Facebook-da etdikləri "bəyən"mələr, "rəqəmsal ayaq izləri" istifadə edilib və kompüter proqramı vasitəsilə analizləri aparılıb. Məsələn, bir adamın bir markanı bəyənməsi, bu adamın satınalma davranışlarına və istehlak üstünlüklərini əks etdirir.
"Cambridge Analytica" adlı məlumat təhlil şirkətinin icraçı direktoru Aleksandr Nix vəzifədən azad edilib.
  
 Böyük Britaniya şirkətindən bildiriblər ki, şirkət haqqındakı iddiaların ardından Nix vəzifəsindən azad edilib.
İngiltərənin "Channel 4" xəbər kanalı əvvəlki gün yayımladığı gizli kamera çəkilişlərindən digər bir fraqmenti də dünən axşam yayına verilib. Yeni görüntülərdə Nixin, şirkəti "Cambridge Analytica"nın 2016-cı ilin Noyabr ayında keçirilmiş ABŞ prezident seçkilərində əhəmiyyətli rol oynadığını dediyi ortaya çıxıb.
  
 Görüntülərdə Nix, namizədliyi zamanı ABŞ Prezidenti Donald Tramp ilə bir çox dəfə görüşdüklərini bildirərək, "Bütün araşdırmanı apardıq. Bütün məlumatları əldə etmişik. Bütün təhlilləri apardıq. Hədəfləməni müəyyən etdik. Bütün rəqəmsal kampaniya, televiziya kampaniyasını biz idarə etdik və bizim məlumatlarımız strategiyaları müəyyənləşdirib", ifadələrini istifadə edib.
Skandalın ardından, Nyu-Yorkda birjasında Facebookun səhmləri 6.2 faiz ucuzlaşıb; Cümə günkü bağlanışdan bu yana 11 faiz minusda olan şirkətin bazar qiymətindən cəmi 60 milyard dollar azalıb. Sözügedən rəqəm, avtomobil istehsalçısı Tesla Inc.-ın bazar dəyərinin üzərindədir.
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     1 gün sonra
                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı! 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 
                     9 saat əvvəl
                    “Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu 
- 
                     9 saat əvvəl
                    4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir! 
- 
                     9 saat əvvəl
                    Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO 
- 9 saat əvvəl
- 
                     9 saat əvvəl
                    53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır 
- 
                     10 saat əvvəl
                    9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
 
                                    "PAŞA Həyat"da yeni təyinat
 
                                    “Monetri” BOKT və və onun vəzifəli şəxsi cərimələnib
 
                                Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
 
                                53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Ən çox oxunanlar
 
                                Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
 
                                Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                Avrozonada inflyasiya hədəfə yaxınlaşıb
 
                                

 
                         
                    





 
                             
                             
                             
                            .jpg)




 
                                     
                                    



.jpg)


