"Hər 4 nəfərdən birinin kredit borcu var, bankların problemləri daha da ciddiləşəcək"
“2015-ci ilin iki şok devalvasiyasından sonra Azərbaycan iqtisadiyyatının üzləşdiyi əsas problem və çətinliklər bank sektorunda olub və həmin çətinliklər bu il də davam edir. Bank sektorunu sağlamlaşdırmadan qeyri-neft sektorunu lazımı səviyyədə inkişaf etdirmək çətin olacaq. Problemli kreditlər, xüsusən də xarici valyutada olan kreditlər problemini etibarlı şəkildə həll etmədən bank sisteminin də etibarlı şəkildə sağlamlaşdırılmasından danışmaq olmaz”.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Deputat bildirib ki, 2015-ci ilin ilk devalvasiyasına qədər problemli kreditlər 1 milyard manatın altında olub və bu da təhlükəli həddən xeyli aşağı idi.
“İndi problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğru gedir. Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını itirməkdədir. Vəziyyətin yaxşılaşdırılması istiqamətində sanballı addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da ciddiləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yaradacaq. Məhkəmə işlərinin xeyli hissəsi kreditlərlə bağlı olub və onların normal fəaliyyətə mane olur. Bu əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu, ölkədə iqtisadi fəallığın artması qarısında maneyə çevrilib. Kredit qoyuluşları azalır. Ona görə də bank sistemini çətin vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir”.
Əli Məsimli deyir ki, 2 il əvvəl deputat həmkarı Vahid Əhmədovla birlikdə problemli kreditlər məsələsinin optimal həllinin tapılması istiqamətində ölkənin tanınmış mütəxssislərinin də fikirlrini almaqla təkliflər hazırlayıb aidiyyatı orqanlara göndəriblər.
“Həmin təkliflər paketi ümumi maliyyə sağlamlaşdırılması kontekstində xarici valyutada olan kreditlərlə bağlı əhalinin və biznes strukturlarının düşdüyü ağır vəziyyətdən çıxarılmasını da nəzərdə tutur. Mərkəzi Bank ilk mərhələdə buna razı olsa da, digər aidiyyəti hökumət strukturları razı olmadı. Bizim verdiyimiz təkliflər xarici valyutada olan kreditlər ətrafında yaranmış problemin kəskinliyini xeyli azalda bilər...
Həmin təkliflərin mahiyyti bundan ibarıtdir ki, devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin. Bu məsələdə bizim mövqeyimiz hökumətə də, ictimaiyyətə də məlumdur: dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Eyni zamanda araşdırma aparılsın, həqiqətən borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməsi, şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın.Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın”.
Deputat deyir ki, bunları nəzərə alaraq martın 6-da Milli Məclisin iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” çox zəruri bir qanun layihəsinə görə prezidentə təşəkkür ediblər və xarici valyutada olan kredit borclarının tənzimlənməsi haqqında da qərarın verilməsi xahişi ilə müraciət ünvanlayıblar:
“Martın 16-da isə Milli Məclisin yaz sessiyasının növbəti iclasında “Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı Maliyyə Sabitliyi Şurasına, Mərkəzi Banka, Maliyyə Nazirliyinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etdik ki, problemli kreditlərlə bağlı təkliflərə həsas yanaşsınlar və problemin həllinin sürətləndirilməsinə təsir etsinlər. Bu problem nə qədər tez həl olunsa, iqtisadiyyatımıza, banklara və əhaliyə də bir o qədər yaxşıdır”.
© Modern.az
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
12 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























