Azərbaycan qeyri-rezidentlərə təxminən 1 milyard dollarlıq nəqliyyat xidmətləri göstərib
2017-ci ildə Azərbaycan vətəndaşları tərəfindən qeyri-rezidentlərə 971,4 mln. dollar məbləğində nəqliyyat xidmətləri göstərilib ki, bu da 2016-cı ilin göstəricisindən 11,4% azdır. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2017-ci ilin tədiyə balansına dair məlumata əsasən, hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə 1 mlrd. 48,4 mln. dollar məbləğində (artım 14,1%) nəqliyyat xidmətləri göstərilib.
Azərbaycanın qarşılıqlı xidmətlərinin bütün həcminin 16%-i nəqliyyat xidmətlərinin payına düşüb.
2017-ci ildə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə 35,7 mln. dollar məbləğində tikinti xidmətləri göstərilib ki, bu da 2016-cı illə müqayisədə 3,4 dəfə azdır.
“Ümumilikdə, 2017-ci ildə Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi 12,8 mlrd. dollar (artım 7,6%) təşkil edib. Bunun 8,1 mlrd. dollar (artım 8%) qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, daha 4,7 mlrd. dolları (artım 6,8%) Azərbaycan şirkətləri və şəxslər tərəfindən qeyri-rezidentlərə göstərilib”, - deyə məlumatda bildirilir.
Beləliklə, hesabat dövründə xidmət kəsiri 3,4 mlrd. dolları (artım 3%) təşkil edib. Kəsirin 92%-i (3,1 mlrd. dolları) neft-qaz sektorunun payına düşüb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 15 d. əvvəl
- 26 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 34 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu






















