Dünya bazarında kərə yağının qiyməti sürətlə artır
Qlobal ərzaq qiymətləri martda artıb.
"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini ölçən Ərzaq Qiyməti İndeksi, martda əvvəlki aya nisbətən 1,1 faiz artaraq 172,8 bənd olaraq baş tutub. İndeks, ötən ilin eyni ayı ilə müqaisədə isə 0,7 faiz artmışdır.
Qlobal ərzaq qiymətlərinin yüksəlməsinə iri dənəli taxıl və süd qiymətlərindəki güclü artım təsir göstərib. Qarğıdalı, taxıl və süd məhsullarında baş verən artım, şəkər və bitki yağı qiymətinin aşağı düşməsilə bir qədər tarazlanıb.
Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiyməti İndeksi, martda əvvəlki aya nisbətən 2,7% artıb. Sözügedən artıma ABŞ və Avropadakı mənfi hava şərtləri təsir göstərib.
Güclü qlobal tələbatın təsirilə kərə yağı, pendir və süd tozu qiymətlərinin artması ilə Süd Məhsulları Qiymət İndeksi martda 3,3 faiz yüksəlib.
Şəkər Qiymət İndeksi həmin dövrdə 3,4 faiz azalarkən, Bitki Yağı Qiyməti İndeksi çox az bir azalma qeyd edərək 156,8 bənd səviyyəsində baş tutub. Ət Qiyməti İndeksi isə bu dövrdə dəyişməyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























