Bu tarixdən yağıntıların kəsiləcəyi gözlənilir - AÇIQLAMA
“Azərbaycanda fevral ayının 2-dən etibarən yağıntıların kəsiləcəyi gözlənilir”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O bildirib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti bu gün və sabah da davam edəcək:
“Fevral ayının 2-si gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Paytaxt Bakıda və Abşeron yarımadasında da bu gün və sabah yağıntılı hava şəraiti müşahidə ediləcək, bəzi yerlərdə intensivləşəcək. Fevral ayının 2-də isə hava şəraiti yağmursuz olacaq”.
Direktor müavininin sözlərinə görə, bu gün müşahidə ediləcək havanın minimal temperaturu 0-4 dərəcə şaxta, günorta saatlarında isə arabir 0-2 dərəcə isti olacaq: “Bu gün səhər saatlarından etibarən ölkə ərazisində qar yağmağa başlayıb. Qarın gün ərzində yağacağı gözlənilir, bəzən intensivləşəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























