Milli Məclis neftin qiymətinə yenidən baxa bilər
Azərbaycanda neftin dövlət büdcəsində nəzərdə tutulan qiymətinə baxıla bilər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra yenidən formalaşan hökumətin tövsiyəsi ilə parlament may ayında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini müzakirə edə bilər: “Dövlət büdcəsinin qəbul edilməsindən sonrakı ötən müddətdə qiymətlərdə sabitlik mövcud olub. Dünya bazarında neftin qiyməti ciddi şəkildə artmayıb. Neftin bir barelinin qiyməti dünya bazarında 60-62 ABŞ dolları arasında dövr edir. Neftin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətinin artırılması məsələsinə baxıla bilər. Dövlət büdcəsində nəzərdə tutulan qiymətinin artırılmamasının tərəfdarıyıq. Çünki burada söhbət ilin sonuna qədər olan dövrdən gedir. Hələki ilin 4-cü ayıdır, ilin sonuna neftin qiymətinin hansı səviyyədə olacağını proqnozlaşdırmaq çətindir”.
Qeyd edək ki, Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsində neftin 1 barelinin qiyməti 45 dollar səviyyəsində müəyyənləşdirilib.
©Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
24 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
2 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı




















