"Mənim səhvimdir və üzr istəyirəm" dedi, şirkətinin səhmləri bahalaşdı
Facebook-un qurucusu və İcraçı direktoru Mark Zuckerberg, şirkətin məlumat sızıntısı qalmaqalı ilə bağlı ABŞ Senatında ifadə verib.
"Marja" xəbər verir ki, Zuckerberg, "Facebook-dan informasiya sızmasını qarşısını almaq üçün kifayət qədər səy sərf etməmişik. Bu böyük səhvdir. Mənim səhvimdir və üzr istəyirəm" deyib.
Mütəxəssislər, mərkəzi ofisi Londonda yerləşən "Cambridge Analytica" adlı məlumat təhlili şirkətinin, 87 milyon Facebook istifadəçisinin hesablarından icazəsiz topladığı şəxsi məlumatları ABŞ və İngiltərədə həlledici siyasi seçkilərə təsir etmək üçün qanunsuz istifadə etdiyinə dair iddialar üçün Zuckerbergin Senatda uğurlu bir ifadə verdiyini bildirirlər.
Zuckerberg-in, məlumat sızıntısı qalmaqalı çərçivəsində özünün və şirkətinin səhvlərini qəbul etdiyinə diqqəti çəkən mütəxəssislər, bu cür böhranların yenidən baş verməməsi üçün Zuckerbergin hazırladığı planları ətraflı şəkildə açıqlamasının da investorlarda inam yaratdığı vurğulanır.
Mark Zuckerbergin ABŞ Senatında ifadə verməsindən sonra Facebook-un səhmlərinin qiyməti 165,94 dollara qədər qalxıb. Facebook səhmləri 4,5% bahalaşıb və şirkətin bazar dəyəri 477 milyard dollar təşkil edib.
Facebook-un səhminin qiyməti 1 Fevral tarixində 195,32 dollara çıxaraq rekord qırmışdı, ancaq daha sonra məlumat sızıntısı qalmaqalı səbəbindən şirkətin səhmlərində ucuzlaşma oldu.
Həmin tarixdən keçən cümə gününə qədər Facebook səhmləri 18,6 faiz ucuzlaşmışdı. Şirkətin bazar dəyəri də bu prosesdə 558 milyard dollardan 454 milyard dollara qədər geriləyərək 104 milyard dollar azalma göstərmişdi.
Mark Zuckerberg, bu gün isə ABŞ Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsi qarşısında ifadə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)


















