Ukrayna MDB-dən çıxır
Ukrayna Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşmağa hazırlaşır.
TASS agentliyinin verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenko hökumətə tapşırıb ki, ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) tam çıxması üçün müvafiq təkliflər hazırlasın.
“Ukraynanın heç vaxt, elə indi də MDB üzvü olmadığını, eləcə də təşkilatın Rusiya işğalını qınamaqdan imtina etməsini nəzərə alaraq, xahiş edərdim ki, biz hökumətlə birlikdə MDB-nin Nizamnamə orqanlarında iştirakımıza rəsmən son qoymaq üçün mövqe işləyib hazırlayaq. MDB-nin Minskdəki müvafiq institutlarında olan Ukrayna nümayəndəlikləri də tam olaraq bağlanmalıdır”, - deyə P. Poroşenko Kiyev təhlükəsizik forumunda çıxışında bildirib.
P. Poroşenko yaxın vaxtlarda Rusiya ilə 1997-ci ildə imzalanmış Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin bəzi müddəalarının birtərəfli qaydada ləğvi barədə Ali Radaya qanun layihəsi təqdim edəcəyini də açıqlayıb. Eyni zamanda, o qeyd edib ki, müqaviləni tam ləğv etmək olmaz, çünki orada Ukraynanın xeyrinə müddəalar var. Söhbət tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi barədə müddəalardan gedir.
Qeyd edək ki, Ukrayna MDB-nin Nizamnaməsini heç vaxt ratifikasiya etməyib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)







