Tikinti maşınlarının 66 faizi Bakıdadır
2018-ci il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11733, o cümlədən dövlət müəssisələrində 5132, qeyri-dövlət müəssisələrində 6601 tikinti maşını olmuşdur. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
2017-ci il ərzində 1222 maşının dəyəri tam amortizasiya olunmuş, onlardan 421-i istismara yararsız olduğuna görə silinmişdir.
2017-ci ildə tikinti müəssisələri tərəfindən 120 ədəd müxtəlif növ tikinti maşını alınmışdır ki, onların 29-nu avtobetondaşıyıcılar və avtobetonqarışdırıcılar, 21-ni avtomobil kranları, 18-ni yük və sərnişin qaldırıcılar, 14-nü traktor və avtomobil üzərində qazma maşınlar, 12-ni ekskavator-kranlar daxil edilməklə tırtıllı gedişli kranlar, 6-nı skreperlər, 20-ni isə digər növ tikinti maşınları təşkil etmişdir.
Tikinti maşınlarının 9,4 faizi Naxçıvan Muxtar Respublikasında, 66,0 faizi Bakı şəhərində, 8,0 faizi Aran, hər birində 4,1 faiz olmaqla Abşeron və Gəncə-Qazax, 8,4 faizi isə digər iqtisadi rayonlarda cəmlənmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)



