STP bu məhsulların geniş istehsalına başlaya biləcək - 4 SERTİFİKAT ALDI
“Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC daha dörd beynəlxalq sertifikata layiq görülüb.
Şirkətdən verilən məlumata görə, STP Amerika Mühəndis Mexaniklər Cəmiyyəti (ASME) tərəfindən aparılan audit yoxlamasından müvəffəqiyyətlə keçib və ASME Sec VIII DİV1, ASME Sec VIII DİV2, ASME Sec I, NBİC standartlarının uyğun akkreditasiya əldə edib. Artıq Sumqayıt Texnologiyalar Parkı U, U2, S və R möhürlərinə sahibdir.
ASME sertifikatı əldə edən STP, bundan sonra neft-qaz sənayesində istifadə olunan təzyiq çənləri və istilik dəyişdiricilərinin geniş istehsalına və satışına başlaya biləcək. Artıq neft-qaz şirkətləri təzyiq altında işləyən çənləri və buxar qazanlarını xaricdən idxal etməyə ehtiyaca qalmayacaq: "Onlar bu məhsula ehtiyac duyduqları zaman STP tərəfindən yüksək keyfiyyətli və müvafiq standartlara uyğun məhsulla təchiz oluna bilinəcək".
Qeyd edək ki, 2009-cu il dekabr ayının 22-də prezident İlham Əliyev tərəfindən istismara verilən Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu alıb.
Regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












.jpg)



