Dövlət bankı mənfəət götürdüyünü və normalara cavab verdiyini açıqladı
Dövlət bankı Azər Türk Bankın 01 aprel 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 312,3 milyon manat səviyyəsində olmuşdur. Bu barədə "Marja"ya Bankdan bildirilib.
Qeyd edilib ki, bankın kredit portfelinin həcmi 116,9 milyon manat təşkil etmişdir.
Ümumi gəlirlər 15,5 milyon manat , xərclər 15,3 milyon manat olmuşdur. Birinci rübdə Bank 192 min manat həcmində xalis mənfəət əldə etmişdir.
Məcmu kapitalın həcmi 53,7 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı 28,5 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.
Hesabat dövrünün sonuna Bankın likvidlik əmsalı 106% səviyyəsində olmuşdur. Xatırladaq ki, bu göstərici üzrə norma 30% səviyyəsində müəyyən edilmişdir.
Bank 161,8 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 77,2 milyon manatı əhalinin ilin əvvəlindən bəri həcmi 2,6 faiz artmış əmanətləridir.
Hazırda dövriyyədə Banka məxsus 39 200-dən artıq aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Cari ilin ilk üç ayı ərzində Bankın müştərilərinin sayı 16% artaraq 28 594 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 56 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















