“Formula-1” Azərbaycan Qran-prisi start götürür - PROQRAMI
Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürür. Paytaxtımızda ardıcıl üçüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.
Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 4-cü sınağında saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.
İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Böyük Britaniyanın məşhur qrupu “Jamiroquai” konserti ilə yekun vurulacaq. Onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq.
Şənbə və bazar günləri hər biri “Formula-1” Qran-prisi üçün əsas günlərdi. Belə ki, aprelin 28-də “Formula-2” yarışlarında birinci yarış, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. Bu dəfə gün Kristina Aqileranın konserti ilə yekunlaşacaq. Ondan sonra səhnədə Aksvell Λ İnqrosso yer alacaq.
Aprelin 29-da “Formula-2”də ikinci yarış təşkil olunacaq. Ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, açılış mərasimi olacaq və Azərbaycan himni səslənəcək. Saat 16:10-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Dua Lipa konserti nəzərdə tutulub. Yekunda Martin Solveig də azarkeşlər qarşısına çıxacaq. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də öz məharətlərini göstərib, tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər.
Əvvəlki illərdən fərqli, bu il dünya ulduzlarının konsert proqramları “Bakı Kristal Zalı”nda keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün “Azneft dairəsi” ilə “Kristal Zal” arasında xüsusi avtobuslar da fəaliyyət göstərəcək.
Bu mərhələyə də əvvəlki yarış kimi 10 komandanın heyətində 20 pilot qatılacaq. Ölkəmizdə “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler sürətini yoxlayacaq.
Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.
Qeyd edək ki, martın 25-də Avstraliyada start götürən mövsümdə 3 mərhələdən sonra pilotların mübarizəsində 141 xalla “Ferrari”nin pilotu Sebastiyan Fettel (54 xal) liderdi. Onu “Mersedes”dən Luis Hamiltonla (45 xal) Valterri Bottas (40) izləyir.
Komanda hesabında isə “Mersedes” 85 xalla birincidi. "Ferrari" 84 xalla ikinci, "Red Bull" 55 xalla üçüncüdü.
Bakı Şəhər Halqası
Döngə sayı – 20
Dövrə - 51
Əsas yarış günü – 29 aprel
Halqanın uzunluğu – 6,003 km
Ümumi məsafə - 306,049 km
Rekord – Sebastyan Fettel 1:43.441 (2017)
Azərbaycan Qran-prisinin proqramı
27 aprel, cümə
10:20 | 10:30 | FIA | Tibbi yoxlanış |
10:30 | 10:45 | FIA | Trek yoxlanışı və trek testi |
11:00 | 11:45 | Formula-2 | Sərbəst yürüş |
11:55 | 12:25 | Paddok Klub | Paddok Klub üzvlərinin avtomobil turu |
11:55 | 12:45 | Paddok Klub | Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi |
13:00 | 14:30 | Formula-1 | Birinci sərbəst yürüş |
15:00 | 15:30 | Formula-2 | Sıralama turu |
15:40 | 16:45 | Paddok Klub | Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi |
15:40 | 16:10 | Paddok Klub | Paddok Klub üzvlərinin avtomobil turu |
16:30 | 16:40 | FIA | Trek yoxlanışı |
17:00 | 18:30 | Formula-1 | İkinci sərbəst yürüş |
28 aprel, şənbə
10:30 | 11:00 | Paddok Klub | Paddok Klub üzvlərinin avtomobil turu |
11:00 | 11:30 | Formula-1 | Komandaların pit stop təlimi |
11:00 | 11:10 | FIA | Tibbi yoxlanış |
11:10 | 11:25 | FIA | Trek yoxlanışı və trek testi |
11:45 | 11:50 | Formula-2 | Pit Leyn açılır |
12:00 | 13:05 | Formula-2 | Birinci yarış (29 dövrə və ya 60 dəqiqə) |
13:30 | 13:40 | FIA | Trek yoxlanışı |
14:00 | 15:00 | Formula-1 | Üçüncü sərbəst yürüş |
15:05 | 16:40 | Paddok Klub | Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi |
15:20 | 16:20 | Paddok Klub | Paddok Klub üzvlərinin avtomobil turu |
16:30 | 16:40 | FIA | Trek yoxlanışı |
17:00 | 18:00 | Formula-1 | Sıralama Turu |
29 aprel, bazar
11:35 | 12:25 | Paddok Klub | Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi |
11:35 | 12:05 | Paddok Klub | Paddok Klub üzvlərinin avtomobil turu |
12:10 | 12:20 | FIA | Tibbi yoxlanış |
12:20 | 12:35 | FIA | Trek yoxlanışı və trek testi |
12:55 | 13:00 | Formula-2 | Pit Leyn açılır |
13:10 | 14:40 | Formula-2 | İkinci yarış (21 dövrə və ya 45 dəqiqə) |
14:10 | 15:10 | Paddok Klub | Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi |
14:30 | 15:00 | Paddok Klub | Paddok Klub üzvlərinin avtomobil turu |
14:40 | 15:10 | Formula-1 | Pilotların paradı |
15:00 | 15:25 | Formula-1 | Açılış mərasimi |
15:10 | 15:20 | FIA | Tibbi yoxlanış |
15:20 | 15:30 | FIA | Trek yoxlanışı |
15:40 | 15:50 | Formula-1 | Pit Leyn açılır |
15:56 | 15:58 | Formula-1 | Dövlət himni |
16:10 | 18:00 | Formula-1 | Azərbaycan Qran-prisi (51 dövrə və ya 120 dəq) |
© Apasport
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
17 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
18 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
18 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
19 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























