Tikinti şirkəti “Yaşıllığı sevirəm” layihəsinə start verib
Yaşıllıq insanların əhval-ruhiyyəsini yaxşılaşdırıb, onların işləmə qabiliyyətini artırdığına görə sağlamlıq və gümrahlıq rəmzi sayılır. Bu səbəbdən insan xarakteri belədir ki, o hər zaman təbiəti sevir və yaşadığı mühitdən asılı olmadan yaşıl təbiətlə təmas onun üçün vacib ehtiyaca çevirilir. Yaşıllıqlar həm də xüsusən böyük şəhərlərdə təmiz havanın təminatıdır bu səbəbdən salınan yaşıl parkları şəhərlərin “ağ ciyəri” adlandırırlar.
Yüz minlərlə insanın yaşadığı paytaxtımız isə elə bir sənaye mərkəzidir ki, burada neft, qaz və digər sənaye sahələri inkişaf edib və onların tullantıları atmosferi çirkləndirir. Bir ağacın ətrafa verdiyi oksigenlə eyni vaxtda neçə-neçə insan nəfəs alır. Bu isə yaşıllaşdırma işlərinin genişləndirilməsini tələb edir. Bu mənada şəhərdə təbiət abu-havasını saxlamaq, yaşıllığı qorumaq adına tikinti şirkətlərinə böyük yük düşür. Adətən sosial şəbəkələrdə və mediada “Tikinti şirkəti yaşıllığı məhv etdi” başlığı ilə çoxlu yazılar görürük. Amma bunun əksinə yaşıllığa önəm verən, daha çox ağac əkilməsini və insanların sağlamlığını düşünən şirkətlər də var.
Buna misal olaraq Azərbaycanın ən böyük və həyata keçirdiyi korporativ sosial məsuliyyət aktivlikləri ilə ən nümunəvi tikinti şirkətlərindən biri olan Melissa Group-u göstərmək olar. Şəhər həyatı insanları yaşıllıqdan uzaqlaşdırsa da, Melissa Group tikintisini həyata keçirdiyi bütün layihələrində avtomobilsiz, yaşıl park ərazilərinin salınması ilə sakinlərin sağlamlığını düşündüyünü və yaşıllığa verdiyi dəyəri əyani şəkildə nümayiş etdirir.
Bunlarla yanaşı şirkət “Sağlam gələcəyimizin təməli ağaclarla bütünləşən yaşıl təbiətdən asılıdır” – şüarı ilə yaşıllıqların qorunmasına dair çoxlu layihələr həyata keçirir. Belə layihələrdən daha biri isə “Yaşıllığı sevirəm” korporativ sosial məsuliyyət layihəsidir.
Layihə haqqında
Layihənin əsasını hər birinin içərisində tumurcuqlar olan “eko qələmlər” təşkil edir. Melissa sakinləri və təşəbbüskarlar üçün nəzərdə tutulmuş bu qələmləri Melissa Group satış mərkəzlərindən götürərək siz də bu tumurcuqları təlimat üzrə yetişdirərək ağac olmasında dəstək olub, daha çox yaşıllığın salınmasında iştirak edə bilərsiniz. Layihənin əsas məqsədlərindən biri Melissa sakinlərin timsalında ölkəmizdə təbiətin yaşıllaşdırılması ilə bağlı fikirlərin aşılanması və cəmiyyətimizin korporativ layihələrdə aktiv iştirak etməsini təmin etməkdir.
Sizdə Melissa Group-un təşkil etdiyi bu layihəyə qoşulun və yaşıllığının rəng çalarlarına qatqınız olsun!
*Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
-
26 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 33 d. əvvəl
- 36 d. əvvəl
-
55 d. əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
2 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“AS Group” WUF13-də iştirak edib
Həyat sığortası yığımlarda liderdir
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Ən çox oxunanlar
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb




















