Güzəştli mənzil satışındakı problem ilə bağlı - RƏSMİ AÇIQLAMA

Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayblar.
"Eyni anda qeydə alınan qoşulma sayı 16 000-dən çox olmuşdur. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş vermişdir".
Mənzil İnşaatı Dövlət Agentliyindən "Marja"ya göndərilmiş açıqlamada deyilir:
Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasına uyğun olaraq Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində 07.05.2018-ci il tarixində güzəştli mənzillərin satışına başlanılmışdır.
Qeyd edək ki, satış Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir. Bununla da Yasamal Yaşayış Kompleksində satışa çıxarılan ilk 4 bina üzrə 260 mənzil elektron kabinetə sahib olmuş vətəndaşlar tərəfindən bərabər şəkildə şəffaf, real vaxt rejimində və kənar təsir olmadan seçilmişdir.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Xüsusilə, bildiririk ki, “Güzəştli mənzil” sistemi mənzil satışında ölkəmizdə ilk və unikal proqram sistemidir. Sistemin üstünlüyü ondan ibarətdir ki, vətəndaş mənzillərin seçimini insan faktoru olmadan internet vasitəsilə, rahat və qısa zamanda həyata keçirir. Sistemdə hər bir addım qeydə alındığından vətəndaşlar tərəfindən aparılan seçimin şəffaflığı qorunur. Bu baxımdan “Güzəştli mənzil” layihəsinə böyük maraq vardır və sistemdə şəxsi kabinet əldə edənlərin sayı 8800 nəfərədək olmuşdur.
Qeyd edək ki, “Elektron hökumət” portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, “Güzəştli mənzil” layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılmışdır.
Lakin ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşımışdır. 07 may 2018-ci il tarixində saat 11-50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olmuşdur. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş vermişdir. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilmiş, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilmişdir.
Yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları opertiv qaydada aradan qaldırmışdır.
Bildirmək istərdik ki, Agentlik və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti mərhələlərdə “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
8 saat əvvəl
Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiyadan neft idxalını artıracaq
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu bu şəxslərə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
-
11 saat əvvəl
Həyat sığortası bazarı 17 %, qeyri-həyat sığortası bazarı 7 % böyüyüb
-
11 saat əvvəl
İcbari sığorta bazarı 6 %-ə yaxın, könüllü sığorta bazarı 15 %-ə yaxın böyüyüb
Son Xəbərlər

Naxçıvanda indiyədək 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib

ABŞ-da son 2,5 ilin ən güclü iqtisadi artımı qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

BOKT "International” 2 milyon manat cəlb etdi

Neft qiymətləri düşür

Bu idarə Xankəndidə yerləşəcək - FƏRMAN

Avropada BYD, Tesla-nı ötüb

Sabahın hava proqnozu açıqlanıb

“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib

Sığorta haqları və sığorta ödənişləri - ŞİRKƏTLƏR VƏ SİNİFLƏR ÜZRƏ

"AccessBank"ın işçilərinin sayı 81 nəfər artıb

Azərbaycan şirkəti yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

Azərbaycanın sığorta bazarı 12,5% böyüyüb
