Veysəloğlu Qrup “Gələcəyini Qur!” Layihəsinə sponsor oldu
Veysəloğlu Şirkətlər Qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) siyasəti çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə reallaşan “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə dəstək olub. Bu barədə Qrupun yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, bu il layihənin sponsorlar sırasına Veysəloğlu Şirkətlər Qrupu da qoşularaq onlarla şagirdin ali təhsil almaq arzusunu reallaşdırmasına dəstək olacaq. Bu günə qədər layihədən 300-ə yaxın gənc yararlanıb, gənclərin əksəriyyəti hal-hazırda müxtəlif yerli ali təhsil məktəblərində ödənişsiz əsaslar ilə təhsil almaqdadır.
Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihənin coğrafiyasına Bakının 5 rayonu (Binəqədi, Xətai, Sabunçu, Suraxanı və Qaradağ) və paytaxtdan kənarda yerləşən 5 regionu (Ağdaş, Kürdəmir, Salyan, Ucar və Yevlax) daxildir.
Qeyd edək ki, 5 mərhələli seçim prosesinə ərizə formalarının qiymətləndirilməsi, sınaq imtahanı, gənclərin müsahibə yolu ilə dəyərləndirilməsi, bir aylıq sınaq dərsləri və namizədlərin ailələrinə səfər daxildir.
Layihənin komandası və könüllüləri Bakı şəhərində seçim prosesinin iki mərhələsini tamamlayıblar: layihənin Bakı şəhərində əhatə etdiyi 5 rayonunda (Binəqədi, Xətai, Sabunçu, Suraxanı və Qaradağ) yerləşən 172 məktəbdən ümumilikdə 1533 şagird anket doldurub və sınaq imtahanında iştirak edib. Sınaq imtahanı Binəqədi rayonundan olan məktəblilər üçün 8 aprel, Qaradağ, Sabunçu, Suraxanı və Xətai rayon məktəbliləri üçün isə 29 aprel 2018-ci il tarixində keçirilmişdir.
Layihəyə seçilmiş gənclər ali məktəblərə daxil olmaq üçün bir il ərzində müxtəlif inkişafetdirici tədbirlərdə iştirak edəcəklər. Layihənin növbəti 5-ci ili üçün seçim prosesi cari ilin avqust ayında yekunlaşacaq.
Cari ilin aprel ayından etibarən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi növbəti 5-ci ilində iştirak edəcək gənclərin seçimlərinə başladı.n Layihə ilə bağlı daha ətralı məlumatla layihənin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: www.geleceyiniqur.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















