Cəmi 8 bank əməliyyat mənfəətini artırmağı bacarıb
"Azərbaycan Beynəlxalq Bankı" ASC istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 8-nin bu ilin yanvar-mart aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar İran Milli Bankının Bakı filialı, "AFB Bank", "Günay Bank", "Ziraat Bank Azərbaycan", "Nikoyl Bank", "Kapital Bank", "Xalq Bank" və "Rabitəbank"dır. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (4 dəfə), ən aşağı dinamika isə "Rabitəbank"da (2,1%) qeydə alınıb.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
10 bankın - "Naxçıvan Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "NBC Bank", "PAŞA Bank", "Atabank" və "Bank Respublika" və "Muğan Bank"ın əməliyyat mənfəəti isə illik müqayisədə azalıb. Ən çox azalma "Muğan Bank"da (95,1%), ən az azalma isə "Naxçıvan Bank"da (10,4%) qeydə alınıb.
Hesabat dövründə 3 bankın - "Bank VTB Azərbaycan", "AGBank" və "Access Bank"ın əməliyyat zərəri müvafiq olaraq 2,8 dəfə, 63,4% və 18% artıb, 3 bankın - "Unibank", "Turan Bank" və "Bank BTB"nin isə əməliyyat zərəri müvafiq olaraq 0,9%, 81% və 99% azalıb.
4 bank - "Amrah Bank", "Azər-Türk Bank", "Bank of Baku" və "Express Bank", bu ilin I rübünü əməliyyat zərəri ilə, ötən ilin I rübünü əməliyyat mənfəəti ilə, Pakistan Milli Bankının Bakı filialı isə bu ilin ilk 3 ayını əməliyyat zərəri ilə, ötən ilin ilk 3 ayını isə əməliyyat mənfəəti ilə başa vurub. Odur ki, bu bankların maliyyə göstəriclərinin dinamikasını hesablamaq mümkün olmayıb.
ABB əməliyyat mənfəətinin / zərərinin dinamikasını açıqlamayıb.
10 BANK ƏMƏLİYYAT ZƏRƏRİNƏ UĞRAYIB
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-u əməliyyat mənfəəti əldə etməyib.
Bunlar "Bank BTB", "Turan Bank", "Azər-Türk Bank", "Express Bank", "AGBank", "Amrah Bank", "Unibank", "Access Bank", "Bank VTB Azərbaycan" və "Bank of Baku"dur. Əməliyyat zərərinin ən yüksək həddi "Bank of Baku"da (22,109 milyon manat), ən aşağı həddi isə "Bank BTB"də (31 min manat) qeydə alınıb.
Qalan 20 bank isə I rübdən əməliyyat mənfəəti ilə çıxıb. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı"ında (75,491 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (8 min manat) olub.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















