200 manatlıq kağız pula münasibətlər - "Yığım imkanlarını asanlaşdıracaq"
200 manatlıq pul nişanının dövriyyəyə buraxılması birmənalı qarşılanmayıb.
"Marja"nın məlumatına görə, bir çoxları hesab edir ki, 200 manat nominallı əskinasa ehtiyac yox idi. Bu gün daha çox 2 və ya 3 manatlıq əskinaslara ehtiyac var:
"İkiqat devalvasiyadan sonra 200 manatlıq əskinaslar buraxmaq bəlkə də məntiqli görünür. Amma məsələ bundadır ki, biz bu gün 100 manatlıq əskinasları xırdalamaqda çətinlik çəkirik. 1 manatlıq əskinasla 5 manatlıq arasında ikidən-üçdən bir şey fikirləşmək lazımdır. Marketlər qalığın qaytarılmasında zülüm çəkirlər. Həm də bundan sonra bir manatlıqlar monet şəkilində buraxılmalıdır. Manatlıq əskinaslar o qədər yeyilib-sürtülüb və həm də dəyərdən elə düşüb ki, adam baxanda onlara yazığı gəlir",- Samir İsmayil yazıb.
İlham Şaban bildirib ki, 3 manatlıq hava-su kimi lazımdır.
İqitisadçı ekspert Samir Əliyev, "Azərbaycana 200 manat yox, 2 manat lazımdır" yazaraq münasibət bildirib. Onun sözlərinə görə, 200 manatlıq əskinas yığım imkanlarını asanlaşdıracaq.
"EVLƏRDƏ YIĞILMIŞ ƏSKİNASLAR İRİ NOMİNALA DƏYİŞDİRİLƏCƏK"
Facebook-da bu barədə maraqlı şərhlər də yazılıb. Şərhlərdən birində qeyd edilib ki, 200 manatlıq əskinasın buraxılması bir daha onu təsdiqləyir ki, yaxın zamanlarda bank sisteminin etibarlılığının yüksəldilməsi mövzusu müzakirə olunmayacaq. Evlərdə yastıq altında yığılmış əskinasların yeni iri nominallı əskinasa dəyişdirilməsi müvəqqəti çıxış yolu olsa da, dövlətin emissiya xərclərini azaldacaq.
Digər bir fikrə görə, 200 manatlıq əskinaz yox, nağdsız hesablaşmaların inkişaf etdirilməsi lazımdır.
Başqa bir fikirə görə, yastıq altına pul yığanlar dollardan istifadə edirlər. Buna görə, 200 manatlıq əskinasın bu məqsədlə buraxıldığını demək doğru deyil.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Dünən təqdimat mərasimində Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, "bu gün Mərkəzi Bank mövzusu müstəqil Azərbaycanın memarı ümummilli liderin xatirəsinə inşa edilmiş “Heydər Əliyev Mərkəzi” olan 200 manatlıq kağız pul nişanını tədavülə tədqim edir. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunmuşdur".
Ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilmişdir. Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı Almaniyanın “Giesecke+Devrient” şirkətində istehsal olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























