"Caspian Development Bank” 2016-dan mənfəətlə çıxıb
"Caspian Development Bank (CDB)" ASC 2016-cı ili 8 milyon 597 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın malyyə hesabatlarına istinadən xəbər verir ki, Bank 2015-ci ildə də təxminən bu məbləğdə - 8 milyon 426 min manat xalis mənfəət açıqlamışdı.
QEYRİ-FAİZ GƏLİRLƏRİ FAİZ GƏLİRLƏRİNDƏN ÇOX OLUB
2016-cı ildə "Caspian Development Bank"ın cəmi gəlirləri 22 milyon 262 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 916 mina manat, qeyri-faiz gəlirləri isə 13 milyon 346 min manat təşkil edib. Faiz və qeyri –faiz xərcləri çıxıldıqdan sonra 15 milyon 106 min manat əməliyyat mənfəti qalıb. Əməliyyat mənfəətinin 4 milyon 351 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Nəticədə qalan 10 milyon 755 min manat mənfəətdən 2 milyon 157 min manat mənfəət vergisi ödənilib və Bank ili 8 milyon 597 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, 2015-ci ildə "Caspian Development Bank" 41 milyon 798 min manat cəmi gəlir, o cümlədən 4 milyon 897 min manat faiz, 36 milyon 901 milyon manat qeyri-faiz gəliri əldə etmişdi.
Bank 2015-də aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 27 milyon 727 min manat ayırmışdı.
AKTİVLƏRİ DƏYİŞMƏYİB
31.12.2016-cı il tarixinə "Caspian Development Bank (CDB)"ın cəmi aktivləri 129 milyon 294 min manat təşkil etmişdir ki, bu da 2015-ci ilin sonu ilə müqayisədə demək olar ki, eynidir. Bank 31.12.2015-ci il tarixində 129 milyon 60 min manat cəmi aktivlərə malik idi.
Ötən il müştərilərə verilən kreditlər cüzi azalaraq 109 milyon 294 min manatdan 101 milyon 57 min manata geriləyib.
2015-ci illə müqayisədə ötən il Bakın öhdəlikləri 9% azalaraq 31.12.2016-cı il tarixinə 63 milyon 765 min manat təşkil edib. Öhdəliklərin 39 milyon 244 min manatını depozitlər təşkil edib.
KAPİTALI ARTIB
Ötən il Bankın cəmi balans kapitalı 6 milyon 489 min manat artaraq 65 milyon 529 min manata yüksəlib.
“Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır. “Caspian Development Bank (CDB)” ASC geniş spektrdə bank və digər maliyyə xidmətləri təklif edir.
“Caspian Development Bank (CDB)” “Synergy Group”a daxildir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























