Bakının Baş Planı yenilənəcək
“2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı (Baş plan) layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.
Bununla belə, Bakı şəhərinin Baş planı üzərində iş tam başa çatdırılmayıb, onun Azərbaycan Respublikasının Hökuməti tərəfindən təsdiq olunması təmin edilməyib”.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildiriblər.
Rəsmi məlumata görə, hazırkı mərhələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı (Baş plan)” layihəsinin qiymətləndirilməsinin və son illərdə reallaşdırılmış şəhərsalma layihələri ilə əlaqədar aktuallaşdırılmasının təşkili nəzərdə tutulur:
“Növbəti müddət ərzində sənədin yenilənməsi və müvafiq təşkilatlarla əlavə razılaşdırılması işi aparılacaq. Bu prosesə yerli mütəxəssislərlə yanaşı, nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır”.
Bildirilib ki, “Böyük Bakının Regional İnkişaf Planı” və “Məxsusi Bakının Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı arasında 2007-ci ildə imzalanmış kredit sazişinə əsasən 2011-2014-cü illər ərzində hazırlanıb.
Qeyd edək ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.
Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatə etməlidir.
Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib.
Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilirdi ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb. Bu iradlardan sonra Komitə layihəyə yenidən baxılacağını bildirmişdi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi aprelin sonunda dəyişib. Abbas Ələsgərov vəfat etdiyindən bu posta Samir Nuriyev gətirlib.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© Modern
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Ən çox oxunanlar
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb






















