AtaBank dünya çempionatında qonaqlara xidmət göstərdi
5-9 iyun tarixləri arasında, Bakıda Şıxov veloparkında keçirilən BMX velosiped idman növü üzrə dünya çempionatında “AtaBank” ASC AtaMatik səyyar bankomatı ilə iştirakçılara, azarkeş və qonaqlara müxtəlif növ bank xidməti göstərib.
5 gün müddətində davam edən çempionatda AtaMatik səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilib.
“AtaBank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlının sözlərinə görə, AtaBank hər zaman ölkəmizdə idmanın və turizmin inkişafı məqsədi ilə keçirilən yarışlarda Azərbaycan vətəndaşları ilə yanaşı həm də xarici qonaqlara innovativ bank xidmətlərindən istifadə etmək imkanı yaradır. Qonaqlar banka gəlmədən yarışın keçirildiyi məkanda AtaMatik səyyar bankomatından istifadə edərək bir sıra bank əməliyyatlarını həyata keçirə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















