Yaşı 10-dan çox olan vasitələr ilə bağlı plan hazırlanıb - TƏDBİRLƏR

On ildən çox istifadə olunan avtonəqliyyat vasitələri ilə bağlı tədbirlər planı hazırlanıb.
Bu barədə iyunun 11-də XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi çərçivəsində keçirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair "Avtomobil Nəqliyyatı - Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda konfransda DANX-ın rəisi Həbib Həsənov deyib.
O bildirib ki, narahatçılıq doğuran əsas məqamlardan biri də avtonəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir: “Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77 faizi, yük avtomobillərinin isə 81 faizinin yaşı 10 ildən çoxdur. Bu da öz növbəsində avtonəqliyyat vasitələri parkının yaxın gələcəkdə daha da köhnəlməsi ilə yanaşı, sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə bağlı məsələləri də gündəmə gətirir”.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
H.Həsənovun sözlərinə görə, avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində avtomobillərin orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb. Hazırlanan təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm avtobus marşrutlarında fəaliyyət göstərən sahibkarları, sifarişli daşımalar sektorunda çalışan hüquqi və fiziki şəxsləri öz avtonəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün qanunvericilik səviyyəsində bir sıra stimullaşdırıcı, həvəsləndirici və dəstəkləyici tədbirlərin görülməsi də öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycan Dəmir Yolları tərəfindən qəbul edilən blok qatarın sayı kəskin artıb
-
- 27 d. əvvəl
- 37 d. əvvəl
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
59 d. əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
- 1 saat əvvəl
Son Xəbərlər

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB

İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
Ən çox oxunanlar

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI
