TIR-ların 38%-i tələblərə cavab vermir

İyunun 11-də Bakı Ekspo Mərkəzində XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistica 2018) sərgisi çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair “Avtomobil Nəqliyyatı – Yeni Tənzimləmə Konsepsiyası” mövzusunda konfrans təşkil edilib.
Konfransda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov xidmətin yeni fəaliyyət prinsiplərini iştirakçıların diqqətinə çatdırıb.
H.Həsənov avtomobil nəqliyyatı sahəsi üzrə dövlət tənzimləməsi və nəzarət mexanizmlərinin beynəlxalq və qabaqcıl təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi aktların layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini bildirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi təqdimatda sahə üzrə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsindən, əsas hədəf olaraq DANX-ın xidmətlərinin elektronlaşdırılmasından və bununla da şəffaflığın təmin edilməsi, vətəndaşlara və sahibkarlara göstərilən ximətlərin keyfiyyətinin artırılması və məmur-vətəndaş təmasının minimuma endirilməsindən bəhs edib.
H.Həsənov həmçinin vurğulayıb ki, sərnişin və yük daşımalarında tətbiq olunan vergi mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparılır. Bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə verginin tam həcmdə və vaxtında yığılmasının təmin olunması, vergidən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində nəqliyyatın orta istismar müddətinin təxminən 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planının hazırlandığı və hazırlanmış təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm sərnişin marşrutlarında fəaliyyət göstərən sahibkarları öz avtonəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün bir sıra stimullaşdırıcı tədbirlərin görüləcəyi bildirilib.
Eyni zamanda şəhərlərarası və beynəlxalq sərnişin daşımaları ilə bağlı ciddi tədbirlərin görüldüyü, bu sahədə avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi üçün təkliflər hazırlandığı, tələbata uyğun olaraq paytaxtın bir sıra yerlərində avtostansiyaların təşkili istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin və sərnişinlərin, o cümlədən ölkəmizə gələn turistlərin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri görülür və bu işlərin tezliklə yekunlaşdırılması nəzərdə tutulur. Şəhərlərarası sərnişin daşımalarında vahid onlayn (elektron) bilet satışı sisteminin təkmilləşdirilməsi ilə bağlı işlərin aparıldığı qeyd edilib.
Konfransda bildirilib ki, beynəlxalq yük daşımalarında iştirak edən yerli daşıyıcıların ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından istifadəsi qənaətbəxş deyil. Yerli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi (TIR) istismar olunur ki, bunun da yalnız 1239-u müasir tələblərə cavab verir (38%-i tələblərə cavab vermir).
Eyni zamanda, Azərbaycan Respublikasının üzv olduğu “Beynəlxalq Nəqliyyat Forumu” çərçivəsində qəbul edilmiş Keyfiyyət Xartiyasının müddəalarının ölkəmizdə tətbiqi məqsədilə bir sıra normativ-hüquqi aktların layihələri hazırlanaraq, aidiyyəti üzrə təqdim edildiyi vurğulandı. Bildirildi ki, Xartiyanın müddəalarının ölkəmizdə tətbiqinin beynəlxalq daşımalarda iştirak edən milli avtodaşıyıcıların Avropanın nəqliyyat xidmətləri bazarına çıxışının asanlaşdırılmasına müsbət töhfə verəcək.
Əlavə olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə də təkliflər hazırlandığı qeyd olundu. Eyni zamanda bu mərkəzdə Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələbləri əsasında tədrisin təşkil olunması vasitəsilə həm sürücülər, həm də menecerlər üçün vacib olan beynəlxalq sertifikatlar vermək hüququnu əldə etmək planlarından geniş bəhs edilib.
Konfrans Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında Razılaşma Protokolunun imzalanması ilə işini yekunlaşdırıb.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
17 d. əvvəl
Nestle-də qəfil direktor dəyişikliyi - Gizli romantik münasibəti üzə çıxdı, vəzifəsini itirdi
- 33 d. əvvəl
-
-
39 d. əvvəl
Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb
-
42 d. əvvəl
MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı
- 48 d. əvvəl
- 55 d. əvvəl
-
58 d. əvvəl
Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatlar necə əldə olunur?
-
1 saat əvvəl
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!
Son Xəbərlər

Nestle-də qəfil direktor dəyişikliyi - Gizli romantik münasibəti üzə çıxdı, vəzifəsini itirdi

Qızılın qiyməti yeni rekord səviyyəsini gördü

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

Rəsmi məzənnələr açıqlandı

Azercell qadınlara növbəti dəstək proqramına start verir

Azər Türk Bank kredit faizini endirib
Ən çox oxunanlar

Avqust 2025: Qlobal və yerli bank sektorunda yadda qalan hadisələr

TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı olub

Ziraat Bank Azərbaycanda beynəlxalq köçürmələri izləmə imkanı!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar
