Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış etdi
"Gələcəkdə qlobal tələbatın ödənilməsində çətinliklər yiarana bilər"
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçirilən VII beynəlxalq seminarında çıxış edib.
Nazir çıxışında gələcəkdə dünya iqtisadiyyatında neftin rolu, neft bazarında mövcud tendensiyalar və Azərbaycanın neft ölkəsi kimi gələcək inkişaf strategiyasından bəhs edib.
Energetika naziri OPEC+formatında əməkdaşlığın neftin qiymətinin sabitləşdirilməsi məqsədinə nail olduğunu, lakin qlobal neft bazarında, neft sənayesində yaranan yeni vəziyyətin bu əməkdaşlıq üçün yeni prioritetlər müəyyənləşdirdiyini deyib:
“Dünyada iqtisadi artım templəri, neft-kimya sektorunun inkişafı, bərpa olunan enerji mənbələrinin hələlik nefti əvəz edə bilməməsi kimi faktorlar yaxın perspektivdə neftin enerji balansında aparıcı mövqeyini təmin edəcək. Bununla belə bir sıra əsas neft ölkələrində geosiyasi səbəblərlə əlaqədar hasilatın kəskin azalması və bazara çıxışda gözlənilən məhdudiyyətlər, eləcə də son illərdə aşağı neft qiymətləri ilə əlaqədar transmilli şirkətlər üçün upstream sektorunun cəlbediciliyini itirməsi gələcəkdə qlobal tələbatın ödənilməsində çətinliklər vəd edir. Enerji bazarının yenidən balanslaşması, neft sənayesinə gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etmək OPEC+ formatında əməkdaşlığı vacib edir.”
Çıxışda qeyd olunub ki, həm istehsalçı, həm də istehlakçı ölkələrin maraqlarına cavab verən bazarın formalaşması üçün ortaq həll yollarının tapılması yalnız əməkdaşlıq əsasında mümkündür. Həmçinin “Əməkdaşlıq Bəyannaməsi”ni imzalamış Azərbaycanın qlobal neft bazarının tənzimləmə prosesində iştirakının ölkədə həyata keçirilən neft siyasətinə təsirləri, neft sektorunun inkişafı istiqamətində imzalanmış yeni sazişlər və həyata keçirilən layihələr, cəlb olunmuş investisiyalar barədə ətraflı məlumat verilib.
Energetika naziri Pərviz Şahbazov tədbir çərçivəsində “Equinor” şirkətinin qlobal strategiya və biznesin inkişafı üzrə vitse-prezidenti Əl Kuk ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizi və TANAP kəmərinin açılışının əhəmiyyətindən danışılıb. TANAP layihəsinin nəzərdə tutulandan da az vəsaitlə həyata keçirilməsi təqdir edilib. Bu yaxınlarda Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi, Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı və işlənməsi ilə bağlı imzalanmış sazişlər neft-qaz sahəsində əməkdaşlığın inkişafında mühüm hadisələr kimi qiymətləndirilib. Şirkətin bərpa olunan enerji sahəsində yeni fəaliyyət istiqaməti çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















