İrandan valyuta çağırışı!
İran hökumətinin sözçüsü, milli pul vahidi Tümənin dollar qarşısında dəyərdən düşməsilə əlaqədar olaraq xaricdəki vətəndaşları əllərindəki valyutanı ölkəyə gətirməyə çağırıb.
"Marja" xəbər verir ki, hökumət sözçüsü Məhəmməd Baqir Nobaht, paytaxt Tehranda keçirdiyi mətbuat konfransında ölkədə etirazlara səbəb olan iqtisadi problemlərə toxunub.
Ölkədə valyuta təminatı məsələsində problem olmadığını qeyd edən Nobaht, aprel ayının əvvəlindən 24 Maya qədər 4 min 200 tümən olaraq müəyən olunmuş məzənnə ilə bazara 11 milyard 162 milyon dollar çıxarıldığını bildirərək, valyutaya tələbin ötən ilə nisbətən artdığını deyib.
Neft gəlirlərinin də ötən ilə nisbətən 74 faiz artdığını bildirən Nobaht, bunun ölkədə iqtisadi böhran baş vermədiyinin göstəricisi olduğunu qeyd edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Hökumətin milli valyutanı möhkəmləndirmək üçün ortaya qoyduğu səylərin milli dəstəyə ehtiyacı olduğunu qeyd edən Nobaht, "Ölkə xaricindəki iranlılar sahib olduqları valyutanı ölkəyə gətirsin və xalqımız da əllərindəki valyuta və qızılı bazara çıxarsın",-deyib.
İranda milli valyutanın dollar qarşısında dəyər itirməsinin qarşısının alınması üçün dollar aprel ayında 4 min 200 tüməndə sabitlənmişdir. "Qara bazar"da dollar 8 min tüməni keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















