Azərbaycan üçün istehsal edilmiş lokomotiv təqdim edildi

İyunun 25-də Qazaxıstanın "Astana" xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda “Alstom Transportation S.A.” şirkətinin Azərbaycan üçün istehsal etdiyi ilk yük lokomotivinin - Prima T8-in (AZ8A) təqdimat mərasimi keçirilib.
“Azərbaycan Dəmir Yolları”dan “Marja”ya verilən məlumata görə, təqdimat mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının, “Alstom Transportation S.A.” şirkətinin, eləcə də Azərbaycan və Qazaxıstan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına “Alstom Transportation S.A.” şirkətinin fəaliyyəti barədə video-çarx təqdim olunub. "Alstom"un Qərbi və Mərkəzi Asiya klasterinin idarəedici direktoru Bernar Pey şirkətin fəaliyyəti haqda ətraflı məlumat verib.
Astanadakı elektrovoz qayırma zavodunun baş direktoru Jülyen Nodi zavodun fəaliyyəti haqqında məlumat verib.
Təqdimetmə mərasimində “Alstom Transportation S.A.” şirkətinin Yaxın Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Didye Pfleger çıxış edərək, Prima T8 (AZ8A) lokomotivinin üstünlüklərindən danışıb. Sonra lokomotiv tədbir iştirakçılarına təqdim olunub.
Təqdimetmə mərasiminin iştirakçıları üçün EXPO-2017 Beynəlxalq sərgisinin muzeyi, eləcə də Qazaxıstanın Milli muzeyinə ekskursiyalar da təşkil olunacaq.
Prima T8 (AZ8A) Qazaxıstanda istehsal olunan və Azərbaycanın dəmir yollarında istifadə ediləcək dünyanın ən güclü lokomotivlərindən biridir və elektrikləşdirilmiş dəmir yollarında yüksək effektli dartı maşınları arasında liderdir. Bu lokomotiv yüklərin uzun məsafələrə daşınması zamanı maksimal rahatlıq və təhlükəsizliyi təmin edir. Saatda 120 km-ə qədər sürətlə hərəkət edə bilən Prima T8 (AZ8A) lokomotivi 9000 tona qədər yükdaşıma qabiliyyətinə malikdir.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, ADY “QSC” Alstom şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən yük lokomotivinin almasını planlaşdırır. Bu lokomotivlərdən 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
7 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR
Son Xəbərlər

Neft ucuzlaşmaqda davam edir

Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib
Ən çox oxunanlar

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
