
Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsinə başlandı - ŞƏRTLƏR

"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlanılması üçün zəruri təşkilati tədbirlər tam başa çatmışdır. Fond tərəfindən zəmanətlərin verilməsi üçün daxili prosedurlar, müvəkkil bankların siyahısı və zəmanət üzrə komissiyalar təsdiq edilmişdir".
"Marja" xəbər verir ki, bu barədə Fondun yaydığı məlumatda deyilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi ilə bağlı ilkin olaraq 8 bankla müvafiq müqavilələr bağlanılmışdır. Hazırda sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi sahəsinə digər bankların cəlbi ilə bağlı daxil olmuş müraciətlərə baxılması davam edir.
Fondun müvəkkil banklarının siyahısı və zəmanət üzrə komissiyalar ilə www.mcgf.gov.az internet səhifəsindən tanış olmaq mümkündür.
Sahibkarlar (fiziki və hüquqi şəxslər) Fond tərəfindən zəmanətlərin və faiz subsidiyalarının verilməsi ilə bağlı müvəkkil banklara müraciət edə bilərlər.
ZƏMANƏTİN VERİLMƏSİ ŞƏRTLƏRİ
-kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı;
-Bir borcalana bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərin məbləği 5 mln., bir-biri ilə əlaqədar borcalanlar qrupuna isə 10 mln. manatdan çox olmamalı;
-Kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;
-Kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı;
-Faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üçün verilir;
-Faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtilə verilir.
Zəmanətin verilməsi halları:
-Zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.
-Aşağıdakı hallarda zəmanət verilmir:
-borcalan zəmanət üçün müraciət edən müvəkkil banka aidiyyəti şəxs olduqda;
-kredit reyestrinin məlumatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda;
-kredit reyestrinin məlumatına əsasən, borcalan hüquqi şəxsin nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;
-kredit reyestrinin məlumatına əsasən, borcalanın kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;
-borcalanın bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla borcalan arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;
-zəmanət verilməsi üçün müraciət olunan kredit borcalanın digər kredit öhdəliklərinin yenidən maliyyələşdirilməsi (mövcud borc öhdəliyinin yeni borc öhdəliyi ilə əvəzləşdirilərək rəsmiləşdirilməsi) üçün alındıqda;
-borcalanın nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olduqda;
-borcalan mərc oyunları fəaliyyəti ilə məşğul olan sahibkar olduqda.
Sığorta şirkətlərinin, kredit təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə institutlarının kredit sifarişləri üzrə zəmanət verilmir.
ZƏMANƏT ÜZRƏ KOMİSSİYALAR
Sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətlərin verilməsinə görə ödənilən illik komissiya
Orta riskli kreditlər | |||
Kreditin müddəti (il) / Örtülmə əmsalı | Təminatın kreditə nisbəti | ||
Yuxarı | Orta | Aşağı | |
max 65 % | max 70 % | max 75 % | |
≤1 | 0.7 % | 0.8 % | 1.0 % |
(1-3] | 0.9 % | 1.00 % | 1.2 % |
(3-7] | 1.2 % | 1.3 % | 1.5 % |
Aşağı riskli kreditlər | |||
Kreditin müddəti (il) / Örtülmə əmsalı | Təminatın kreditə nisbəti | ||
Yuxarı | Orta | Aşağı | |
max 60 % | max 65 % | max 70 % | |
≤1 | 0.5 % | 0.6 % | 0.8 % |
(1-3] | 0.7 % | 0.8 % | 1.0 % |
(3-7] | 1.0 % | 1.1 % | 1.3 % |
TƏLƏB OLUNAN SƏNƏDLƏR
- kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;
- borcalanın maliyyə vəziyyətini əks etdirən sənədlər və məlumatlar;
- borcalanın müvəkkil banka təqdim etdiyi kredit sifarişi ərizəsi və kredit reyestrindən çıxarış;
- borcalanın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;
- zəmanət verilməsi üçün müraciət olunan tarixə borcalanın dövlət büdcəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu olmadığını və ya müvəkkil bankdakı hesabı üzrə müvafiq dövlət orqanlarının sərəncamı olmadığını təsdiq edən sənədlər;
- borcalanın son hesabat ili üzrə vergi bəyannaməsi (və ya bəyannamələri), şəxsi hesab vərəqəsindən çıxarış, vergi borcu barəsində arayış (yeni fəaliyyətə başlayanlar istisna olmaqla), ƏDV ödəyicisi olduqda son 6 ay üzrə ƏDV bəyannamələri;
- borcalan və zamin hüquqi şəxs olduqda, onların nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit reyestrindən çıxarışlar;
- borcalanın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyan və s.) şəxsiyyətini təsdiq edən sənədlər;
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
- borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər barədə (zaminlərin, girov (ipoteka) qoyan və s.) dövlət reyestrindən çıxarış;
- təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd;
- girov (ipoteka) predmetini qiymətləndirmə aktı;
- borcalanın müvəkkil banka aidiyyəti olan şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd;
- borcalanın ona dair məlumatların Fonda ötürülməsinə dair razılığını təsdiq edən sənəd.
Zəamnətin alınma mərhələri:
Zəmanətin əldə edilməsinin ardıcıl mərhələləri:
- Kredit üçün müraciət - borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka “Elektron hökumət” portalında olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə müraciət edir.
- Kreditin anderraytinqi - müvəkkil bank borcalanın kredit sifarişinin Qaydaların tələblərinə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq qərar qəbul edir. Bu qərar müvəkkil bank tərəfindən elektron sistemdə yerləşdirilir.
- Müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank zəmanət üçün Fonda elektron sistem vasitəsilə müraciət edir.
- Fond zəmanətin verilməsi üzrə müvəkkil bankın müraciəti ilə bağlı qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
4 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
5 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid


“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
