SOCAR kubmetri 45 qəpikdən satışına başladı
SOCAR sıxılmış təbii qazın satışına başlayıb.
Bu barədə “SOCAR PETROLEUM” QSC məlumat yayıb.
Bildirilir ki, “SOCAR PETROLEUM” Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi sıxılmış təbii qazın - STQ (beynəlxalq miqyasda CNG, yəni “compressed natural gas”) satışına başlayıb və bir kubmetri 0,45 AZN təşkil edir.
Bu gün “SOCAR Petroleum” Bakı-Hövsan yolunun başlanğıc hissəsində, “Baku-Bus” MMC-nin yaxınlığında CNG məntəqəsini istifadəyə verib.
Bildirilib ki, avqust-sentyabr aylarından başlayaraq Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsindəki, Xətai rayonu, Babək prospektidəki, Nobel prospektindəki, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfindəki yanacaqdoldurma məntəqələrində CNG satışı həyata keçiriləcək. Cari ilin sonunadək bu sıraya Bibiheybət məscidinin yanındakı, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Qazax yolunun sağ tərəfindəki, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Ələt yolunun sol tərəfindəki, Bakı-Quba yolunun 28-ci km-dəki, yolun sağ tərəfindəki yanacaqdoldurma məntəqələri də əlavə olacaq.
Şirkətdən bildirilib ki, yeni alternativ yanacaq növünü təqdim etməkdə məqsəd sənaye, inşaat, turizm, təchizat kimi sektorlarda fəaliyyət göstərən qurumların yanacaq ehtiyaclarını ən sərfəli formada qarşılamaqdır.
Qeyd edək ki, ənənəvi yanacaq növlərindən fərqli olaraq STQ neft deyil, təbii qaz əsasında istehsal olunur. Bununla da təhlükəsiz və ekoloji baxımından təmiz olan STQ yanacağı ənənəvi yanacaq növlərindən həm də qiymət baxımından daha sərfəlidir. Mütəxəssislərin hesablamalarına görə, STQ ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı hər 10 min kilometr məsafə üçün 600 manat vəsaitə qənaət etməyə imkan verə bilər. STQ-yə keçid xərclərini də nəzərə alanda bu, xüsusilə böyük avtomobil parkına sahib olan şirkətlər üçün daha aktualdır. Nəticədə bununla daşınma məsrəflərinin ümumi xərclərdəki payını azaltmaq mümkündür. Eyni zamanda, ölkəmizin böyük həcmdə olan təbii qaz ehtiyatları STQ-nin yaxın gələcəkdə alternativ mühərrik yanacaq növü olaraq daha geniş tətbiqinə şərait yaradır.
STQ, həmçinin yanacağın ənənəvi növlərindən zəhərli tullantılarının miqdarının daha az olması ilə fərqlənir. STQ-nin istifadəsi zamanı dəm qazının miqdarı 90 faiz, karbon dioksid isə təxminən 24 faiz daha azdır. STQ-nin tərkibində azot və kükürd olmadığı üçün müvafiq təhlükəli tullantıları da yoxdur.
Azərbaycanda istifadəsinə gəlincə, Bakı şəhərində ictimai nəqliyyat fəaliyyəti göstərən “BakuBus” MMC-yə məxsus “IVECO” markalı müasir tipli nəqliyyat növü olan avtobuslar “SOCAR PETROLEUM” QSC-nin Zığ-Hövsan Terminal stansiyasında istehsal olunmuş STQ ilə işləyirlər. Zığ-Hövsan Terminal stansiyası Prezident İlham Əliyevin iştirakı ilə 2015-ci il iyun ayının 3-də istifadəyə verilib. Terminal stansiyanın tikinti-quraşdırma işlərində dünyanın ən müasir və təhlükəsiz texnologiyalarından, əsasən də İtaliya, İsveç və Almaniya istehsalı olan avadanlıqlardan istifadə edilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
10 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
15 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
15 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
16 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
16 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ














.jpg)


