PAŞA Bankdan yeni xidmətlər paketi!
PAŞA Bank kiçik və orta sahibkarlıq müştərilərinin biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün yeni xidmətlər paketini təqdim edir
Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank kiçik və orta sahibkarlıq nümayəndələrinin B2B sahəsi üzrə təchizatlarının maliyyələşdirilməsi üçün yeni xidmətlər toplusunu təqdim edir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, mu maliyyələşdirmə sxemi mal və xidmət təchizatı zəncirinin bütün iştirakçılarını birləşdirir, lazımi likvidliyin təmin edilməsi üçün maksimal bəhrələnmək imkanı verir.
PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə təchizat zəncirinin maliyyələşdirilməsi üzrə xidmətlər paketinin dövriyyə vəsaitinin artırılması üçün istifadə olunan ənənəvi kredit məhsullarından əsas fərqi ondan ibarətdir ki, sahibkar girov təmin etmədən nisbətən qısa müddət ərzində pul vəsaitinə çıxış əldə edir və bu məhsul üzrə faiz dərəcəsi digər növ kreditləşmələrin faiz dərəcəsindən orta hesabla 2-3% daha aşağıdır.
"Burada bizim əsas məqsədimiz kiçik və orta sahibkarlıq üzrə müştərilərimizin biznes fəaliyyətlərinə lazım olan likvidliyin təmin olunması üçün dövriyyə vəsaitlərinə olan ehtiyacını təmin etmək, B2B sektorunda təchizat prosesinin maliyyə effektivliyini artırmaq, biznesin maliyyə risklərini azaltmaq və əlbəttə ki, istifadəsi asan və keyfiyyətli bank xidmətini təmin etməkdir. Artıq bu gün biz deyə bilərik ki, bu maliyyələşdirmə sxemi iqtisadiyyatın neft-qaz, telekommunikasiya, ticarət və xidmətlər, tikinti, informasiya və kommunikasiya texnologiyaları, gündəlik tələbat məhsulları (FMCG) və digər sektorlarında iri bizneslərə xidmət göstərən sahibkarların marağına səbəb olub. Bu xidmətlər paketinin kiçik və orta sahibkarlar üçün cəlbedici olduğunu nəzərə alaraq ilin yekununa bu seqmentdə portfel artımının 100% təşkil edəcəyini ehtimal edirik", – deyə A. Qolovko fikrini yekunlaşdırdı.
Onu da qeyd etmək lazımdır ki, kiçik və orta sahibkarlıq üzrə müştərilərin təchizat zəncirinin maliyyələşdirilməsi xidmətinin təqdim edilməsi PAŞA Bankın 2018-2020-ci illəri əhatə edən İnkişaf strategiyası çərçivəsində həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)








.jpg)








