Putin: Rusiya heç vaxt ABŞ-ın daxili işinə qarışmayıb
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Helsinkidə həyata keçirdikləri təkbətək və geniş tərkibli görüşün ardından birgə mətbuat konfransı keçiriblər.
Putin, danışıqlarda nüvə silahlarının məhdudlaşdırılması məsələsinin də müzakirə olunduğunu deyib.
Putin, "Terora qarşı birgə çalışmağın vacibliyini vurğuladıq. Suriya məsələsində prosesləri qiymətləndirmişik. Həm Rusiya, həm ABŞ ordusu təsirli bir ünsiyyət kanallarını açması lazımdır. ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmasını da danışdıq. ABŞ İranla nüvə razılaşması mövzusundakı mövqeyimizi bilir. Rusiya heç vaxt ABŞ seçkilərinə müdaxilə etməmişdir, Bu məsələdə hər hansı bir spesifik material varsa tərəfdaş kimi baxmağa hazırıq. Prezident Trampla bir-birimizi anladığımızı hesab edirəm", -dedi.
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp ilə görüşünün iki ölkənin münasibətlərinin yaxşılaşmasında ilk addım olduğunu bildirib.
TRAMP: KONSTRUKTİV VƏ AXICI GÖRÜŞ KEÇİRDİK
Tramp, "Konstruktiv və axıcı görüş keçirdik. Bir çox mövzuda açıq danışdıq. Ölkələrimiz arasınadki münaqişələr yaxşı bilinir. Bunları ətraflı danışdıq. Əməkdaşlıq etməyin və ortaq maraqlar istiqamətində irəliləyişin yolunun tapılması lazımdır. Əməkdaşlığın faydalarını da gördük. Soyuq müharibənin gərginliyində belə bu gündəkindən yaxşı münasibətlərimiz vardı. Əlaqələrimiz indikindən pis olmamışdı. 4 saatda bunu çözdük "-deyib.
TRUMP: GÜCLÜ DİALOQUN İLK ADDIMINI ATDIQ
Tramp, "Rusiya ilə konstruktiv dialoqu digər diyaloqları müşayiət edəcəkdir. ABŞ seçkilərinə müdaxilə məsələsini birbaşa soruşdum. Qlobal terrorizm bəlası mövzusunda əməkdaşlıq davam etdirilməlidir. İranın uğuruna icazə verməyəcəyimi dedim. Parlaq gələcək üçün daha güclü dialoqun ilk addımını atdıq",- dedi.
ABŞ Prezidenti Donald Tramp, "Suriya böhranı mürəkkəbdir. İki ölkənin əməkdaşlığı yüz minlərlə insanın həyatını xilas etmə potensialına malikdir" dedi.
Tramp, "Putinə "yaxşı bir rəqibim"- dedim. Putin üçün rəqibim deyərkən kompliment söylədim" dedi.
Putin, "Neft və qaz alışında ABŞ-da böyük gücdür. Heç birimiz qiymətlərin düşməsini istəmirik. Müəyyən səviyyəsdən aşağı düşdükdə gəlirlilik ortadan qalxır. Qaz istehsal etməyin mənası qalmır",- dedi.
TRUMP: SEÇKİDƏ QARA BULUD YOXDUR
Tramp, "ABŞ-ın səfeh olduğunu düşünürəm. Mən vəzifəyə gəlməmişdən bu dialoqun başlaması lazım idi. Artıq bir yerdəyik. Möhtəşəm şeylər edəcəyik. Keçmişdə hər iki tərəf də səhvlər etdi. Rusiya ilə dialoqumuzu daha öncə təmin etməliydik. Rusiya ilə əməkdaşlıq - deyə bir şey yox idi. Seçkidə qara bulud yoxdur. Hillari Klintonu asanlıqla məğlub etmişəm" dedi.
Putin, "ABŞ-da seçkilərə müdaxilə etdiyimiz barədə iddia yalandır" dedi.
Tramp, "İsrail ilə çox uzun zamandır dostuq. Suriya məsələsində bir şeylər etməyimiz lazım olduğu barədə eyni fikirdəyik. Birgə iş görəcəyik"" dedi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
9 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























