Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AZAL narazı sərnişinlərə cavab verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL narazı sərnişinlərə cavab verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Son günlər “Azərbaycan Hava Yolları”nın bir sıra çarter reysləri, o cümlədən, Türkiyə kurortlarına yerinə yetirilən uçuşlar “Buta Airways” təyyarələri vasitəsi ilə həyata keçirilir.

Reklam_3_11

 

Hətta sərnişinlər AZAL-a bilet alsalar da, uçuş vaxtı “Buta Airways”-la uçmalı olublar. Bu zaman sərnişinlər arasında narazılıq yaranıb.


Azərbaycan Hava Yolları QSC (AZAL) və Azərbaycan Turizm Assosasiyası (AzTA) sərnişinlərin AZAL-dan bilet alsalar da, “Buta Airways” təyyarələri ilə daşınmasına aydınlıq gətirib.

 

Məsələ ilə bağlı məlumat verilib ki,  həmin təyyarələr “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin çarter proqramı çərçivəsində istismar oluna bilər. 

 

"Hazırda AZAL tərəfindən Boeing 787 Dreamliner, Boeing 767, Boeing 757, Airbus A340, Airbus A320, Airbus A319, Embraer 190 və Embraer 170 tipli müasir hava gəmiləri istismar olunur. Aviaşirkət bütün istiqamətlərdə təyyarə tipini sərnişinlərin sayından asılı olaraq sərbəst formada seçə bilər".

 

AzTA-dan qeyd edilib ki, çarter proqramları çərçivəsində istifadə olunan “Buta Airways” aviaşirkətinin yeni Embraer 190 və Embraer 170 təyyarələrində ödənişsiz baqaj, əl yükü, isti yemək və s. daxil olmaqla, “Azərbaycan Hava Yolları”nın standartlarına uyğun tam xidmət təqdim edilir.

 

20.07.2018 09:18
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18