“AtaNet” Sinqapurda mükafata layiq görüldü
AtaBank-ın bu il müştərilərinə təqdim etdiyi “AtaNet” Mobil Bankçılıq əlavəsi 12.07.2018-ci il tarixində Singapurda “Bank və maliyyə sektorunda ən yaxşılarını tanıyaq” şüarı altında keçirilən tədbirdə “Asian Banking & Finance Wholesale Banking” Awards 2018 mükafatına layiq görülüb.
2012-ci ildən etibarən hər il keçirilən tədbirdə Asiya ilə yanaşı dünyanın ən iri banklarının və maliyyə qurumlarının nümayəndələri iştirak edib.
Asiya ölkələrinin qabaqcıl banklarının və maliyyə qurumlarının təqdim etdiyi yeniliklər arasında ən yaxşılar Deloitte, PricewaterhouseCoopers, KPMG və Ernst and Young kimi “böyük dörtlük” adlanan audit şirkətlərinin nümayəndələrindən ibarət juri tərəfindən seçilib.
AtaBank-ın rəsmi nümayəndə heyəti bir neçə gün ərzində müxtəlif tədbirlərdə iştirak edərək "AtaNet" Mobil Bank əlavəsinin bütün imkanları, texniki məqamları və təhlükəsizliyi ilə bağlı təqdimatlar keçirib. Nəticə etibarı ilə 40-dan çox ölkədən iştirakısı olan və HSBC, Standard Chartered, Bank of China, Citibank kimi nəhəng banklar və maliyyə qurumları arasında müasir dövrün ən önəmli və ən çox diqqət ayrılan təhlükəsizlik sahəsində ən təhlükəsiz və ən yaxşı Mobil Bank əlavəsi kimi "AtaNet" seçilərək “Domestic Technology & Operations Bank of the Year” nominasiyası üzrə qalib gəlib və mükafata layiq görülüb.
Mükafatlandırma mərasimində AtaBank ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı çıxış edərək qeyd edib ki:
"Biz AtaBank olaraq daim şüarımız kimi “Bir Addım öndə” olmağa çalışmış və bu şüara layiq olmaq üçün hər zaman yeniliklər tətbiq etmişik. Son yeniliklərdən biri də artıq müştərilərin istifadəsinə təqdim edilmiş “AtaNet” İnternet və Mobil Bankçılıq xidmətidir. Tədbirə gələn zaman biz əmin idik ki, bu mükafatı qazanan biz olacağıq. Çünki AtaNet ən qabaqcıl dünya praktikasına uyğun olaraq zamandan və məkandan asılı olmayaraq əməliyyatların rahat və sürətli aparılması, təhlükəsizliyi və bir çox üstünlükləri ilə rəqiblərindən seçilir. Gələcəkdə AtaNet-in bazardakı yerinin qorunması və möhkəmləndirilməsi üçün komandamız bütün gücü ilə çalışacaq və yaxın zamanlarda AtaNet bir çox yeni imkanlarını da müştərilərinin istifadəsinə təqdim edəcək”.
Etibar Babaşlı bu mükafata məhz AtaBank – ın layiq görüldüyü üçün fəxr etdiyini və bu uğurun nəinki AtaBank-ın həm də ölkəmiz Azərbaycanın uğuru olduğu üçün qürur duyduğunu xüsusi ilə qeyd edib.
Bununla yanaşı səfər zamanı AtaBank-ın rəhbərliyi bir sıra qabaqcıl Asiya banklarının nümayəndələri ilə işgüzar görüşlər keçirib və gələcəkdə banklar arasında əməkdaşlıq etməklə bağlı müzakirələr aparıb. Xatırladaq Asiya maliyyə bazarına xüsusi əhəmmiyyət verən AtaBank 2017-ci ildə də Çin Respublikasının ödəniş sistemləri nəhəngi Union Pay International ilə də əməkdaşlıq müqaviləsi imzalamışdır.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur











.jpg)







