Əmanətə 1,5% təklif edən Banka yatırılan pullar kəskin artıb
“Bank Silk Vey” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.
“Marja” xəbər verir ki, hesabatda diqqəti cəlb edən, bankda depozitlərin, o cümlədən əmanətlərin kəskin artmasıdır.
“Bank Silk Vey”də depozitlər 2017-ci ilin birinci yarısının yekunu ilə müqayisədə 2,6 dəfə artaraq 30 İyun 2018-ci il tarixində 447 milyon 580 min manat təşkil edib. 30 İyun 2017-ci il tarixində Bankda depozitlər 174 milyon 91 min manat idi. Xarici valyutada depozitlər isə 151 milyon 236 min manatdan 413 milyon 353 min manata qalxıb.
Cəmi depozitlərə daxil olan fiziki şəxslərin müddətli depozitləri (əmanətlər) 103 milyon 997 min manatdan 321 milyon 78 min manata yüksəlib (3,1 dəfə artım), o cümlədən, xarici valyutada müddətli depozitlər 103 milyon 497 min manatdan 320 milyon 578 min manata çıxıb.
“Bank Silk Vey”in müştərilərə verdiyi kreditlər də artıb. Əgər ötən ilin birinci yarısının sonunda müştərilərə verilən cəmi kreditlər 375 milyon 649 min manat təşkil etmişdisə, cari ilin birinci yarısının sonunda 534 milyon 823 min manata çatıb. Xalis kreditlər isə 358 milyon 437 min manatdan 522 milyon 239 min manata qalxıb. Cəmi kreditlərin 370 milyon 868 min manatı xarici valyutada verilib.
Qeyd edək ki, "Bank Silk Vey" 1 il müddətinə Manat əmanətinə 2%, Dollar əmanətinə 1.5% gəlir təklif edir. Böyük ehtimalla, Banka depozitlər bir qrup maraqlı şəxslər tərəfindən yatırılıb.
Həmçinin oxu: “Bank Silk Vey”in xalis mənfəəti 4 dəfədən çox artıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)





.jpg)






