“Bank BTB”də vəziyyət necədir? - SON RƏQƏMLƏR
“Bank BTB” ASC 2018-ci ilin birinci yarısını 1 milyon 48 min manat xalis mənfəətlə başa vurub. Halbuki Bank, 2017-ci ilin birinci yarısını 122 min manat xalis mənfəətlə bağlamışdı (8,6 dəfə artım).
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Bank BTB”nin faiz gəlirləri 2018-ci ilin birinci yarısında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 30,5% artaraq 8 milyon 794 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 6 milyon 738 min manat faiz gəliri əldə etmişdi.
Bankın qeyri-faiz gəlirləri isə 76% artaraq 2 milyon 837 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 1 milyon 614 min manat qeyri-faiz gəlirləri əldə etmişdi.
“Bank BTB”nin 11 milyon 632 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 11 milyon 278 min manat təşkil edib. Nəticədə bankın 355 min manat əməliyyat mənfəəti yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatların 693 min manatı azad olduğundan bank 1 milyon 48 min manat xalis mənfəət əldə edib. “Bank BTB” ilk 6 ayda mənfəət vergisi ödəməyib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2018-ci il tarixində “Bank BTB”nin cəmi aktivləri 299 milyon 449 min manat, o cümlədən müştərilərə verilən kreditlər 164 milyon 592 min manat təşkil edib. 30 İyun 2017-ci il tarixində “Bank BTB”nin cəmi aktivləri 235 milyon 67 min manat, o cümlədən müştərilərə verilən kreditlər 115 milyon 128 min manat təşkil etmişdi. İllik müqayisədə kreditlər 43% artıb.
30 İyun 2018-ci il tarixində “Bank BTB” 54 milyon 875 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







