“MuğanBank” yenidən böyüməyə başlayıb - ARTIMLAR
“MuğanBank” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “MuğanBank”ın faiz gəlirləri 17 milyon 375 min manat, qeyri-faiz gəlirləri isə 6 milyon 147 min manat təşkil edib. 2017-ci ilin eyni dövründə bu gəlirlər müvafiq olaraq 23 milyon 146 min manat və 4 milyon 950 min manat idi. Beləliklə, Bankın qeyri-faiz gəlirləri artıb.
“MuğanBank” ASC kreditlər üzrə ehtiyyatların yaradılmasına 3 milyon 174 min manat ayırdığından cari ilin birinci yarısını 2 milyon 774 min manat zərər ilə bağlayıb. Qeyd edək ki, bir çox bank kimi, “MuğanBank” da ehtiyatlanır, gələcəkdə daha stabil fəaliyyəti üçün gəlirinin bir hissəsini ehtiyata yönəldir. Bu səbəbdən bank zərərdə olur.
BANKDAN KREDİT GÖTÜRƏNLƏR ARTIB
“MuğanBank”ın müştərilərə verdiyi kreditlər 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 13%-ə yaxın artaraq 370 milyon 363 min manata çatıb. 30 İyun 2017-ci il tarixində Bankın müştərilərə verdiyi kreditlər 328 milyon manat idi.
İllik müqayisədə Bankın cəmi aktivləri 407 milyon 473 min manatdan 486 milyon 363 min manata yüksəlib (19,5% artım).
Bankda müştəri hesabları 38% artaraq 230 milyon 846 min manata, banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər 8,2% artaraq 181 milyon 713 min manata qalxıb.
KAPİTALI TƏLƏBDƏN YÜKSƏKDİR
30 İyun 2018-ci il tarixində “MuğöanBank” 66 milyon 242 min manat cəmi balans kapitalına, 68 milyon 71 min manat məcmu kapitala malik olub. Bankın məcmu kapitalı minimal tələbdən (50 milyon manat) yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)






