"AtaBank" şimalda yeni Samur şöbəsini istifadəyə verdi
"AtaBank" ASC Qusar rayonunun ərazisində yerləşən yeni "Samur" şöbəsini müştərilərinin xidmətinə verib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Samur sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən şöbə həm fiziki, həm də hüquqi şəxslərə bütün bank xidmətlərini təklif edir. Müştərilər yeni açılan şöbəyə yaxınlaşaraq təcili pul köçürmələri, hesablaşma – kassa, valyuta mübadilə əməliyyatları, kommunal xidmətlərin ödənişlərini həyata keçirməklə yanaşı əmanət yerləşdirə, biznesin inkişafı üzrə məsləhətlər ala bilərlər.
"AtaBank" ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı şöbə ilə bağlı qeyd edib ki: “AtaBank üçün strateji əhəmiyyət kəsb edən Samur şöbəsinin məhz bu bölgədə açılmasının məqsədi ölkəmizin vətəndaşları ilə yanaşı xarici qonaqlara da xidmət göstərməkdir. AtaBank hər zaman müştərilərinin rahatlığına önəm verir və bu şöbənin açılması ilə bankımız ölkəmizə qonaq gələn və ölkəmizdən xaricə gedən həmvətənlərimizə uzağa getmədən, əlavə vaxt sərf etmədən bank xidmətlərini sürətli və rahat apara bilmələri üçün hər bir şəraiti yaradıb.”
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






