İranın nəqliyyat və avtomobil sektorlarına dəstək verənlər cəzalandırılacaq - SANKSİYALAR
ABŞ Prezidenti Donald Tramp, İrana qarşı embarqoları pozanlara sanksiya tətbiq olunmasını təmin edəcək yeni bir fərman imzalayıb.
"Marja" xəbər verir ki, Trampın, İrana qarşı iqtisadi sanksiyaların yenidən qüvvəyə minməsinə az müddət qalmış imzaladığı yeni fərman Ağ Ev tərəfindən dərc olunub.
ABŞ-ın İran ilə imzalanan nüvə müqaviləsindən birtərəfli olaraq çıxması çərçivəsində tətbiq olunacaq sanksiyaların pozulmasının qarşısını almağa yönəlmiş fərmanda, "İranın ABŞ dolları və qiymətli metallar əldə etməsinə, enerji sektoruna, ABŞ-ın "qara siyahısı"ndakı vətəndaşlarına, nəqliyyat, liman və gəmiqayırma əməliyyatlarına dəstək verənlərə" sanksiya tətbiq edilməsi tapşırığı verilib.
Sərəncama görə, "7 Avqust 2018-ci il və sonra, İran hökumətinin ABŞ dolları və qiymətli metal satın almasına və təmin etməsinə kömək edən, sponsorluq edən, maliyyə, maddi və ya texnoloji dəstək verənlər" ABŞ-ın sanksiyalarına məruz qalacaqlar.
AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR
Bundan başqa, İranın avtomobil sektorunu maraqlandıran məhsul və xidmətləri satan, tədarük və ya transfer edənlər yenə 7 Avqust 2018-ci il tarixindən etibarən sanksiyalarla cəzalandırılacaq.
"5 Noyabr 2018-ci il və sonra İran Milli Neft Şirkəti, Naftiran Ticarət Şirkəti və İran Mərkəzi Bankına yardım edən, sponsorluq edən, maliyyə, maddi və ya texnoloji dəstək təmin edənlərə" da sanksiya tətbiq olunacaq.
Fərmanda, ABŞ Xəzinə Nazirliyinin sanksiya siyahısında yer alan şəxslərə dəstək verənlərin də 5 Noyabrdan etibarən sanksiyalarla qarşı-qarşıya qalacağı bildirilib.
Tramp, İrana qarşı sanksiyalara dair açıqlamasında, ABŞ-ın sanksiyalara tam riayət edilməsini təmin etməyə qərarlı olduğunu və İranla əlaqələrini dayandırmayanların ciddi nəticələrlə qarşı-qarşıya qalacağını vurğulayıb.
Tramp, bunları qeyd edib:
"Bir çox beynəlxalq şirkətlərin, İran bazarından çıxacaqlarını açıqlamalarından məmnunam. Bəzi ölkələr də İrandan xam neft idxalını azaldacaqlarını və ya dayandıracaqlarını açıqladılar. Biz bütün millətləri, İran rejiminə qarşı addımlar atmağa dəvət edirik".
Sələfi Barak Obama tərəfindən 2015-ci ildə İngiltərə, Almaniya, Fransa, Rusiya və Çin ilə birlikdə imzalanan Əhatəli Birgə Fəaliyyət Planını, "ABŞ tarixində bağlanmış ən pis müqavilələrdən biri" kimi səciyyələndirən Traump, ölkəsini müqavilədən 8 Mayda çıxdığını bəyan etmişdi.
FRANSA, İNGİLTƏRƏ VƏ ALMANİYADAN "İRANLA TİCARƏTƏ DAVAM" AÇIQLAMASI
Avropa Birliyi, Fransa, İngiltərə və Almaniyadan verilən birgə açıqlamada İrana qarşı sanksiyalara dair olaraq, İranla ticarət aparan avropalı şirkətləri qorumağa qərarlı olduqları bildirilib.
Qeyd edək ki, Azərbaycan və İran nəqliyyat, avtomobil, əczaçılıq və s. sahələrdə birgə layihələr icra edirlər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
9 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























