İpoteka Fondunun istiqrazları təcili geri qaytarılıb
“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) bu il dövriyyəyə buraxdığı 10 mln. manatlıq istiqrazlar ilkin bazarda əldə edildikdən cəmi 12 gün sonra geri qaytarılıb. Bu barədə Fonddan bildirilib.
Məlumata görə, AİF-in hər birinin nominal dəyəri 1 000 manat olan olan 10 min ədəd istiqrazı 3 600 gün müddətinə, illik cəmi 3% gəlirliliklə emissiya edilib. Azərbaycan manatının məzənnəsi ilə bağlı qeyri-müəyyənliyin olduğu və milli valyuta ilə bank əmanətlərinin illik gəlirliliyinin 15% ətrafında dəyişdiyi bir şəraitdə ipoteka qiymətli kağızlarına investor tapmaq mümkün olmayıb. Vəziyyətdən çıxış yolu kimi istiqrazların ölkənin maliyyə qurumlarından birinə satılmasına, bundan dərhal sonra isə istiqrazlar üçün likvidliyi təmin etməli olan Azərbaycan Mərkəzi Bankının (AMB) onları almasına qərar verilib.
Beləliklə, yanvarın 27-də AİF-in istiqrazları Bakı Fond Birjasında yerəşdirilib və ilkin bazarda realizə edilib, fevralın 8-də isə onlar təkrar bazara çıxarılıb və AMB tərəfindən alınıb. Bu proses “PAŞA Kapital” investisiya şirkətinin anderrayterliyi ilə baş tutub.
AMB-dən verilən açıqlamada bildirilir ki, AİF-in yaradılması haqqında ölkə prezidentinin 27 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq qurum fondun istiqrazlarının likvidliyinin təmin olunmasına dəstək verir. Fərmanın icrasını təmin etmək məqsədi ilə, eyni zamanda ipoteka kreditləşməsinin sosialyönümlü layihə kimi əhəmiyyəti nəzərə alınaraq 10 mln. manatlıq istiqrazların təkrar bazarda alışı həyata keçirilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















