Azərbaycan bankının mobil bank əlavəsi yeni rekord vurdu - 200 000 - ÖTDÜ
(®) Unibankın mobil bank əlavəsi olan Unibank Mobile-ın istifadəçilərinin sayı 200.000-i ötüb. Yəni indi ən azı 200 min Unibank müştərisi banka gəlmədən, istənilən vaxt və istənilən yerdə, bankın xidmətlərindən rahat və sürətli istifadə edə bilir.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, araşdırmaların nəticəsi olaraq Unibank Mobile son 3 il ərzində davamlı olaraq Azərbaycanın ən mükəmməl və çox istifadə olunan mobil bank tətbiqi seçilir:
- 2016-cı ildə Azərbaycan bank sistemində ən qabaqcıl mobil bankçılıq xidməti- “Deloitte & Touche LLC”;
- 2017-ci ildə Azərbaycanın ən yaxşı mobil bankı - nüfuzlu “Markswebb” agentliyi;
- 2018-ci ildə ölkədə ən çox yüklənən mobil bank əlavəsi – “Business Insight International Research Group”-un araşdırması;
- Ən yaxşı mobil bank əlavəsi- NETTY2018 Azərbaycanın Milli internet mükafatının qalibi.
Yaxın günlərdə Unibank Mobile-ın yeni xidmətləri istifadəçilərə təqdim ediləcək. Unibank Mobile, Unibank müştərisinin əksər bank məhsul və xidmətlərindən öz telefonunda istifadə etmək imkanının yaradılmasını qarşısına məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.
İndi ölkədə fəaliyyət göstərən istənilən bankın kartına sahib olan şəxslər Unibank Mobile əlavəsi ilə bank xidmətlərindən faydalana bilirlər. Sizin bank kartınız Unibankda deyil, digər bankda olsa belə, bank xidmətlərindən elə olduğunuz yerdə, öz telefonunuzda istifadə edə bilərsiniz. Bunun üçün sadəcə telefonunuza Unibank Mobile mobil əlavəsini yükləməyiniz və bank kartınızı əlavə etməyiniz kifayətdir.
Unibank Mobile iOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkdən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən(www.facebook.com/unibank.az , https://twitter.com/unibank ) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
10 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
11 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
11 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 12 saat əvvəl
-
13 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)










