"Əsgər zorakı hərəkətlərə məruz qalıb, silahı götürüb özünü öldürüb" -AÇIQLAMA
Azərbaycan Respublikası Hərbi Prokurorluğu əsgər ölümü ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 8 avqust 2018-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Qarabağ hərbi prokurorluğuna həmin hərbi hissənin əsgəri Fəhmin Əbilovun avtomat silahdan atəş açaraq özünü öldürməsi barədə məlumat daxil olmuşdur.
Həmin məlumat əsasında Qarabağ hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, şahidlərin dairəsi müəyyən edilərək izahatları alınmışdır. Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Mərkəzi tərəfindən meyitin müayinəsi aparılmışdır.
Həmin tarixdə Qarabağ hərbi prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.
Zərərçəkmiş şəxsin valideynləri və yaxın qohumları tərəfindən Silahlı Qüvvələrin MTE və PA Mərkəzində aparılmış müayinənin obyektivliyi şübhə altına alındığından, cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə istintaqın davam etdirilməsi Respublika Hərbi prokurorunun müavininə tapşırılmış və istintaq qrupu yaradılaraq hadisənin baş verdiyi hərbi hissəyə ezam olunmuşdur.
Avqustun 9-da Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyində təcrübəli ekspertlər tərəfindən mərhumun yaxın qohumlarının iştirakı ilə meyitin təkrar müayinəsi aparılmışdır.
İlkin istintaqla müəyyən edilmişdir ki, əsgər Əbilov Fəhmin Akif oğlu xidmət müddətində müxtəlif vaxtlarda post başçısı gizir Xəlilov Elmir Rəsul oğlu və həmin postun əsgərləri Tanrıverdiyev Sənan Səbuhi oğlu və Arazov Rəşad Xəqani oğlu tərəfindən zorakı və qanunsuz hərəkətlərə məruz qalmışdır.
Həmçinin müəyyən edilmişdir ki, avqustun 8-də saat 11:45-də növbədə olan əsgər S.Tanrıverdiyev xidmət yerindən vaxtından əvvəl çıxıb silahını nəzarətsiz qoymuş, bundan istifadə edən əsgər F.Əbilov həmin silahı götürüb özünü öldürmüşdür.
Aparılmış ilkin istintaqla kifayət qədər sübutlar toplandığı nəzərə alınaraq üç hərbi qulluqçu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə əsgər S.Tanrıverdiyevə Cinayət Məcəlləsinin 230 (odlu silahı diqqətsiz saxlama), 332.2.1, 332.2.3 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma), 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), əsgər R.Arazova Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü, gizir E.Xəlilova isə həmin məcəllənin 331.2, 341.2.3 və 341.3-cü maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Avqustun 13-də zərərçəkmiş şəxsin atası Akif Əbilov Azərbaycan Respublikası Baş Prokuroruluğunun rəhbərliyi tərəfindən qəbul edilərək cinayət işi üzrə istintaqın gedişatı barədə məlumatlandırılmış, ona istintaqın tam, hərtərəfli və obyektiv aparılaraq övladının ölümündə təqsirli olan bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq barələrində qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
3 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
7 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
25 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı

















.jpg)


