"Manat üçün kəskin təhdid görmürük"
SIR: Neftin qiymətinin yuxarı olması Azərbaycan manatının stabilliyini təmin edir
2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin profisiti neftin qiymətibir barrel üçün 70 dollar olduğu halda ÜDM-in 3%-ni, cari əməliyyatlar hesabının müsbət saldosu - ÜDM-in 6%-ni təşkil edəcək.
"Sberbank Investment Research (SIR) analitikləri belə hesab edirlər.
“Rublun zəifləməsi və bu yaxınlarda türk lirəsinin kəskin ucuzlaşması yaxın xaricdə bütün dövlətlərin valyutalarına təsir edib. İyulun sonundan etibarən 6%-dən çox ucuzlaşan Rusiya rublundan başqa, volatillik nöqteyi-nəzərindən Qazaxıstan, Belarus və Gürcüstan valyutaları daha zəif olublar. Azərbaycan manatı və Tacikistan somonisi həmçinin təzyiq altında qalıblar, baxmayaraq ki, onların məzənnəsi əvvəlki kimi, dollardan asılıdır”, - SIR-in icmalında qeyd olunur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Analitikilərin qiymətləndirmələrinə görə, dollara bağlılıq müxtəlif xarakter daşıyır. “Volatillik artdıqca valyuta bazarında məzənnəsi dollara bağlı olan valyutalara belə təzyiq altında qalıb - Azərbaycan manatı və Tacikistan somonisi. Lakin, əgər manat xüsusi narahatlıq yaratmırsa, somoni yenidən ucuzlaşa bilər”, - agentlik qeyd edir.
SIR analitikləri hesab edirlər ki, neftin qiymətinin yuxarı olması Azərbaycan manatına dəstəkdir. “Bloomberg”in Azərbaycanda bəzi bankların əhaliyə dollar satışının məhdudlaşdırılmasına dair məlumatına baxmayaraq, manatın məzənnəsinin dollardan asılılığı üçün kəskin təhdid görmürük, çünki neftin qiymətibir barrel üçün 70 dollardan artıq təşkil edir. Hesab edirik ki, bu qiymətlər qorunduğu halda cari il büdcə profisiti ÜDM-in 3%-ni, cari əməliyyatlar hesabının müsbət saldosu - ÜDM-in 6%-ni təşkil edəcək. Bundan əlavə, qiymətləndirmələrimizə əsasən, ilin sonuna kimi ARDNF-nin aktivləri 40 mlrd.dolları ötəcək”, - materialda vurğulanır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















