Nazirlik: Bazarda heyvan bolluğu və qiymət sabitliyi üçün satışa əlavə heyvanlar çıxarılacaq
Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Bakıda və bölgələrdə Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.
Nazirlikdən verilən məlumata görə, yarmarkalar Bakının 32 məntəqəsində, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilir.
Qurumun müraciəti əsasında fermerlərin yarmarkalara 13 min baş heyvan çıxaracağı gözlənilir.
Bundan başqa, Nazirliyin və Dövlət Gömrük Komitəsinin tövsiyəsi əsasında sahibkarlar qonşu ölkələrdən, o cümlədən Gürcüstandan satış məqsədilə 20 min baş heyvan gətirməyi planlaşdırır. Bazarda bolluğu təmin etmək və qiymətləri sabit saxlamaq məqsədilə nazirliyin tabeliyində olan təsərrüfatlardan satış yarmarkalarına 1000-1500 baş heyvanın çıxarılması planlaşdırılır.
Dövlət Baytarlıq Xidməti artıq yarmarkaların keçiriləcəyi ərazilərin dezinfeksiyasını başa çatdırıb. Yarmarkalar avqustun 23-ü, axşam saatlarına qədər davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda İran konfetləri məhv edilib
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
Əhalinin 53%-i sığortalıdır - SORĞU
Azərbaycan “Saipem S.p.A.” ilə enerji və yaşıl keçid sahələrində birgə fəaliyyəti genişləndirməyi müzakirə edib
SOCAR Macarıstan şirkətilə yeni saziş imzaladı - 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək
BMW-yə yeni baş direktor təyin edilib

























