"Bank Respublika"da paylar yenidən dəyişib
"Bank Respublika" ASC-nin səhmdarlarının pay bölgüsü yenidən dəyişib.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilmiş məlumatdan məlum olur.
Məlumata görə, dəyişilik Bankın nizamnamə kapitalının 6 000 001 manat və yaxud 8,89% artırılaraq 73 461 089,1 manata çatdırılması nəticəsində baş verib.
Belə ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2,45 manat olan 2 448 980 ədəd sənədsiz, adlı yeni səhm buraxılıb. "Azfinance İnvestisiya Şirkəti" QSC-nin vasitəçiliyi ilə bağlanmış insayder əqdləri nəticəsində qiymətli kağızları "Bank Respublika"nın 2 səhmdarı - Almaniyanın "DEG" investisiya şirkət və Bankın əsas sahibi və Müşahidə Şurasının (MŞ) üzvü olan Natiq Saday oğlu Quliyev müvafiq olaraq 2 428 571 və 20 409 ədəd olmaqla əldə edib.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Son nəticədə onların "Bank Respublika"dakı payı müvafiq olaraq 9,2550%-dən 16,5986%-ə və 53,7243%-dən 49,4044%-ə dəyişib.
Bundan başqa, Almaniyanın "Sparkassen International Development Trust" şirkətinin payı 4,6275%-dən 4,2495%-ə, Elçin Saday oğlu Quliyevin (MŞ-nın üzvü) payı 8,4268%-dən 7,7385%-ə, Sevda Saday qızı Quliyevanın payı 8,0669%-dən 7,408%-ə, Saday Əsəd oğlu Quliyevin payı 7,9755%-dən 7,3241%-ə, Mariya Heydər qızı Quliyevanın payı 7,8113%-dən 7,1733%-ə, digər 3 hüquqi və 9 fiziki şəxsin payı isə 0,1127%-dən 0,1035%-ə dəyişib.
Başqa sözlə, Almaniya şirkətləri "Bank Respublika"da payını 13,88%-dən 20,85%-ə çatdırıb, Quliyevlər ailəsi isə payını 86%-dən 79,05%-ə endirib.
“Bank Respublika”nın səhmdarlarının pay bölgüsü | ||||
Səhmdarlar
| Əvvəl | İndi | ||
Səhm sayı | Faiz nisbəti | Səhm sayı | Faiz nisbəti | |
"DEG" investisiya şirkəti (Almaniya) | 2 548 372 | 9,2550% | 4 976 943 | 16,5986% |
"Sparkassen International Development Trust" şirkəti (Almaniya) | 1 274 179 | 4,6275% | 1 274 179 | 4,2495% |
Natiq Saday oğlu Quliyev | 14 793 070 | 53,7243% | 14 813 479 | 49,4044% |
Elçin Saday oğlu Quliyev | 2 320 331 | 8,4268% | 2 320 331 | 7,7385% |
Sevda Saday qızı Quliyeva | 2 221 229 | 8,0669% | 2 221 229 | 7,4080% |
Saday Əsəd oğlu Quliyev | 2 196 078 | 7,9755% | 2 196 078 | 7,3241% |
Mariya Heydər qızı Quliyeva | 2 150 841 | 7,8113% | 2 150 841 | 7,1733% |
Digər 3 hüquqi və 9 fiziki şəxs | 31 038 | 0,1127% | 31 038 | 0,1035% |
Cəmi | 27 535 138 | 100,0000% | 29 984 118 | 100,0000% |
Nizamnamə kapitalı | 67 461 088,1 manat | 73 461 089,1 manat | ||
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 13 d. əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
16 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
16 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
16 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 17 saat əvvəl
-
18 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Etimad, peşəkarlıq və davamlı inkişaf!
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək







.jpg)













