Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olundu - ŞİRKƏTLƏR
Çinin Urumçi şəhərində keçirilən “6-cı Çin-Avrasiya” Sərgisində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsullarına sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən böyük maraq göstərilir.
İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, sərgi çərçivəsində Azərbaycan şərabının və digər spirtli içkilərin Çinə ixracına dair “Göygöl Şərab Zavodu” ASC və çin şirkətləri arasında müzakirələr aparılıb, “Ayan” şirkəti ilə Azərbaycan limonadının ixracına dair razılığa gəlinib.
Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair “Azərsun Holding” şirkəti ilə razılıq əldə olunub.
Bundan başqa, Çinin “İxlas” distribüter şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron” MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub.
Çinin “Hans Zhou”, “TİAN SHENG HOLDİNGS”, “BEİJİNG REVİEW” kimi şirkətləri isə Azərbaycan fındığına böyük maraq göstərib və bu şirkətlərlə “Azhazelnut” şirkəti arasında ixraca dair danışıqlar aparılıb.
Qeyd edək ki, avqustun 30-da Çinin Urumçi şəhərində başlayan “6-cı Çin-Avrasiya” Sərgisində Azərbaycan məhsulları İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















