Naxçıvanda yeni kreditlərdə sıçrayış
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən, muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 sentyabr 2018-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 106 milyon 93 min manata çatıb, burada qısamüddətli kredit qoyuluşunun həcmi 2 milyon 772 min manata, uzunmüddətli kredit qoyuluşu isə 103 milyon 321 min manata yaxın olub.
"Marja" xəbər verir ki, ötən 8 ay ərzində Naxçıvan Muxtar Respublikasında verilmiş kreditin ümumi məbləği 35 milyon 419 min manata çatıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə, təqribən, 1,7 dəfə çoxdur.
Verilmiş kreditlərin 5 milyon 172 min manatı sənaye, 4 milyon 53 min manatı kənd təsərrüfatı, 670 min manatı tikinti, 20 milyon 447 min manatı kommunal və istehlak, 2 milyon 913 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka, 1 milyon 628 min manatı topdan və pərakəndə ticarət, 521 min manatı nəqliyyat, anbar təsərrüfatı və rabitə, 15 min manatı isə balıqyetişdirmə üzrə kreditlərin verilməsinə və digər sahələrə yönəldilib.
Kreditlərin dinamikasına gəldikdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə verilmiş kreditlərin həcmində tikinti sahəsi üzrə, təxminən, 9,6, arıçılıq üzrə 9, heyvandarlıq sahəsi üzrə, təqribən, 3,5, kənd təsərrüfatı üzrə, ümumilikdə, təxminən, 2,9, kartofçuluq üzrə 1,6, bostan və tərəvəz sahələri üzrə isə 1,4 dəfə artım olub.
Bu dövrdəki nəticələrə görə muxtar respublika iqtisadiyyatına kredit qoyuluşunu həyata keçirən kredit təşkilatları arasında isə 87,1 faizlə özəl bankların üstünlük təşkil etdiyini görmək olar. Sonrakı yerləri 10,5 faizlə dövlət bankları, 2,4 faizlə bank olmayan kredit təşkilatları tutmaqdadır.
Təhlil olunan dövrdə bankların fəaliyyətinin digər bir mühüm istiqaməti olan əmanətlərin cəlb olunmasında da xeyli irəliləyiş olduğu görünməkdədir. Belə ki, 1 sentyabr 2018-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda mövcud olan fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 744 min manat, o cümlədən milli valyuta ilə 5 milyon 249,5 min, xarici valyuta ilə isə 1 milyon 494,4 min manat təşkil edib. Banklara qoyulan əmanətlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə milli valyuta ilə 1,24 dəfə artması, xarici valyuta ilə cəlb edilən əmanətlərin həcminin isə 1,7 dəfə azalması bank-maliyyə sistemində yaranmış sabitlikdən qaynaqlanmaqla ümumi müsbət tendensiyadan xəbər verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
36 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























