Maaşını həyat sığortasına köçürənlər sürətlə artır - VERGİ SİZƏ QALIR
2018-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortaları üzrə 211 milyon 796 min manat, icbari həyat sığortası üzrə 27 milyon 957 min manat sığorta haqları toplanıb (cəmi 239 milyon 753 min manat).
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, könüllü həyat sığortaları üzrə toplanmış sığorta haqlarının 174 milyon 619 min manatı və ya 82,4%-i həyatın yaşam sığortasının (yığım sığortası) payına düşüb. 2017-ci ilin 8 ayı ilə müqayisədə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 85 milyon 222 min manat və ya 95% artıb.
Cari ilin 8 ayı ərzində həyatın yaşam sığortası üzrə sığorta ödənişləri isə 72 milyon 478 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu növ üzrə sığorta ödənişləri 75 milyon 518 min manat təşkil etmişdi.
Həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 69% artıb. Belə ki, ötən ilin 8 ayı ərzində toplanmış sığorta haqları 20 milyon 514 min manat ikən, bu ilin eyni dövründə 34 milyon 741 min manata yüksəlib.
2018-ci ilin yanvar-avqust dövründə əmək qabiliyyətinin sığortası üzrə 2 milyon 335 min manat, sağalmaz xəstəliklərdən sığorta üzrə isə 101 min manat sığorta haqqı toplanıb.
İcbari həyat sığortası (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) üzrə toplanmış sığorta haqları isə 5,7% artaraq 27 milyon 957 min manata qalxıb. Ötən ilin 8 ayı ərzində icbari həyat sığortası üzrə 26 milyon 444 min manat sığorta haqqı toplanmışdı.
2018-ci ilin yanvar-avqust ayları üzrə, min manatla | Toplanmış sığorta haqları, manatla | Sığorta ödənişləri, manatla |
Həyat sığortası üzrə, o cümlədən: | 211 milyon 796 min | 73 milyon 582 min |
həyatın yaşam sığortası | 174 milyon 619 min | 72 milyon 478 min |
həyatın ölüm halından sığortası | 34 milyon 741 min | 1 milyon 104 min |
əmək qabiliyyətinin sığortası | 2 milyon 335 min | 0,0 |
sağalmaz xəstəliklərdən sığorta | 101 | 0,0 |
2017-ci ilin yanvar-avqust ayları üzrə, min manatla | Toplanmış sığorta haqları, manatla | Sığorta ödənişləri, manatla |
Həyat sığortası üzrə, o cümlədən: | 110 milyon 871 min | 77 milyon 260 min |
həyatın yaşam sığortası | 89 milyon 398 min | 75 milyon 518 min |
həyatın ölüm halından sığortası | 20 milyon 514 min | 1 milyon 732 min |
əmək qabiliyyətinin sığortası | 856 min | 0,0 |
sağalmaz xəstəliklərdən sığorta | 104 | 9 min 850 |
80%-DƏN ÇOXU "PAŞA HƏYAT" TƏRƏFİNDƏN TOPLANIB
Azərbaycanda 3 həyat sığortası şirkəti fəaliyyət göstərir. 2018-ci ilin 8 ayı ərzində “Paşa Həyat Sığorta” tərəfindən 193 milyon 453 min manat (həyat sığortası bazarının 80,6%-nə qarşılıq gəlir), “Atəşgah Həyat Sığorta” tərəfindən 35 milyon 440 min manat, “Qala Həyat Sığorta” şirkəti tərəfindən isə 10 milyon 859 min manat sığorta haqları toplanıb.
ƏMƏK HAQQINI YAŞAM SIĞORTASINA KÖÇÜRƏNLƏR ARTIR
3 ildən az olmayan müddətdə həyatın yaşam sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarından (22% və 3%) və gəlir vergisindən azaddır. Bu səbəbdən Azərbaycanda əmək haqqını yaşam sığortasına köçürənlər artır. Bu sığortanı alanlara sərfəli şərlərlə kredit də təklif olunur.
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır.Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR?
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.
Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir. Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.
SIĞORTA BAZARININ YARISINI TƏŞİK EDİR
Əlavə edək ki, 2018-ci ilin 8 ayı ərzində 21 sığorta şirkəti tərəfindən cəmi 516 milyon 923 min manat sığorta haqları toplanıb. Cəmi sığorta bazarının 46,4%-i həyat sığortalarının payına düşüb.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
3 saat əvvəl
Paşinyan Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
-
-
4 saat əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
-
4 saat əvvəl
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
-
5 saat əvvəl
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Ən çox oxunanlar
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub
Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
5 milyondan çox ziyan - Gömrük Komitəsinin vəzifəli şəxsləri və Hövsan Beynəlxalq Ticarət Limanının rəisi saxlanılıb
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs edilib
Ardıcıl 3 aydır Azərbaycanda orta maaş düşür


















.jpg)
.jpg)



