Azərbaycan şirkətləri ixrac ilə bağlı yeni müqavilələr imzalayıblar
Rusiya paytaxtında keçirilən “Worldfood Moscow 2018” sərgisi başa çatıb.
İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 35 Azərbaycan şirkətinin istehsal etdiyi qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları sərgi ziyarətçilərinə və xarici şirkətlərə təqdim olunub.
Vahid ölkə stendində təqdim olunan yerli məhsullarımız böyük marağa səbəb olub. Belə ki, Azərbaycanın “Ləzzət Qida Sənaye” şirkəti Rusiyanın “Qurman produkti”, “Svital TD” şirkətləri, İsrailin “Myasnoy Qerbiya”, BƏƏ-nin “ Agthia”, Fələstin “Ayman” şirkəti ilə istehsal etdiyi məhsulların ixracına dair müzakirələr aparıb.
Azərbaycanın “Balxurma” şirkəti Rusiyanın “Maqnit”, “Ashan”,”Ptyorçka”, “Azbuka Vkusa”, "Vkus Vill” supermarketlər şəbəkələri ilə istehsal etdiyi məhsulların satışına dair danışıqlar aparıb.
Ölkəmizdə istehsal olunan digər məhsullar kimi, meyvə-tərəvəz məhuslları da xarici şirkətlərin diqqətini cəlb edib. Azərbaycanın “Grow Group” şirkəti ilə Rusiyanın “O Key Group" şirkəti arasında pomidor ixracına dair müqavilə imzalanıb.
Azərbaycanın "Zirə Foods” şirkəti isə Rusiyanın “Maqnit” supermarketlər şəbəkəsində həftəlik 100 ton pomidorun satışına dair razılıq əldə edib.
Bundan başqa, “Bakı Agropark” şirkəti ”Ptyorçka”, "Billa”, “Prekryostok” mağazalar şəbəkəsində məhsulların satışına dair ilkin razılığa gəlinib.
“Binə Aqro” şirkəti ilə Rusiyanın “Maqnit”, “Ptyorçka” ticarət şəbəkələri və “Belaya Daça”( Horeca) şirkəti arasında Azərbaycan məhsulların satışına dair müqavilə imzalanıb. Bununla yanaşı, “Binə Aqro” şirkəti ilə Dağıstan şirkəti arasında istixana komplekslərinin tikintisinə dair razılıq əldə edilib.
Yerli məhsullar arasında həm dadı, həm də keyfiyyəti ilə seçilən Azərbaycan şərabları da ziyarətçilərin böyük marağına səbəb olub. “Aqro-Azerinvest” şirkəti və Tacikistanın “STK Faraqis” şirkəti arasında şərab və digər spirtli içkilərin ixracına dair ilkin razılıq əldə olunub. Azərbaycanın “Mars-FK” şirkəti Rusiyanın “Billa”, Moldovanın “Karpineks plyus”, Latviyanın “Dzintars” ticarət şəbəkələrində nar məhsulunun satışına dair müqavilə imzalayıb. “
Ötən il olduğu kimi, bu il də Azərbaycan “Worldfood Moscow 2018” sərgisinin rəsmi tərəfdaşı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























