Müqavilələrinizə "manatın məzənnəsi" bəndini daxil edin - Tövsiyyələr
Şirkət sahibləri və rəhbərlərinin nəzərinə!
Tanınmış hüquqşünas ekspert Pərviz Məmmədov çətin iqtisadi şəraitdə aşağıdakı sahələrdə müqavilələrinizi və sənədlərinizi qaydasına salmağınızı tövsiyyə edir:
-İcarə müqaviləsi - İcarədarlar hazırda müxtəlif bəhanələr gətirərək icarə haqqını artırmağa çalışırlar. Bağladığınız müqavilələrdə bənd daxil etmək lazımdır ki 2-3 il ərzində icarə haqqı artırıla bilməz.
-Hazır Mal tədarükü müqaviləsi - Əgər hazır mal alıb satırsınızsa bu zaman sizə malları satan topdançı şirkətlərlə müqavilənizdə bənd daxil edin ki, manatın məzənnəsində baş vermiş dəyişikliklər əvvəllər yaranmış borclara şamil edilməyəcək, həmçinin dəyəri tam və ya qismən ödənilmiş mallara yeni məzənnə artımı şamil edilməyəcək.
-Xammal tədarükü müqaviləsi - Əgər xammal alıb istehsal edib satırsınızsa bu zaman sizə xam malları satan topdançı şirkətlərlə müqavilənizdə bənd daxil edin ki, manatın məzənnəsində baş vermiş dəyişikliklər əvvəllər yaranmış borclara şamil edilməyəcək, həmçinin dəyəri tam və ya qismən ödənilmiş mallara yeni məzənnə artımı şamil edilməyəcək.
-Bank hesabı və kassa əməliyyatları üzrə müqavilələr - Sizə bank hesabı üzrə və kassa əməliyyatları xidmətləri göstərən bankla müqavilənizə əlavə bənd daxil edin ki, bank maliyyə vəziyyəti pisləşərsə və bu pisləşmə sizin hesab əməliyyatlarınıza təhlükə törədərsə bank əvvəlcədən sizə məlumat verməlidir.
-Reklam hazırlanması və yayımı üzrə müqavilələr - Reklamla bağlı sizə xidmət göstərən şirkətlərlə müqavilələrinizə qiymət artımının 2-3 il müddətinə məhdudlaşdırılması barədə bənd daxil edin. Əks halda reklam hazırlayan şirkətlər materialın və ya işçi xərclərinin artması səbəbi ilə qiymət artımı etməsinlər. Həmçinin TV, radio və digər reklam yayımçıları da gözlənilmədən qiymətləri artıraraq sizi əlavə xərcə və hətta ziyana zalmasınlar.
-Əmək müqavilələri - Əmək müqaviləsi ilə çalışan bütün işçilərlə tam maddi məsuliyyət müqaviləsi bağlayın və ya tam maddi məsuliyyət barədə müqavilənizə bənd daxil edin. Hər işçiyə həavlə edilmiş inventar və eləcə də mal məhsulla bağlı sənədlərinizi yenidən nəzərdən keçirin və hazırkı vəziyyəti əks etdirən təhvil təslim aktları imzalatdırın.
Satış (alqı-satqı) müqaviləsi - satdğınız malları və ya xammalı əgər dollar və ya avro ilə alırsınızsa bu barədə müqavilədə bənd daxil edin ki, məzənnə artarsa yaranan fərq alıcı tərəfindən ödəniləcəkdir. Həmçinin nisyə satılmış malların pulunu ödəmək üçün Alıcıya ən çox 10 gün vaxt müəyyən edin müqavilədə. Sizinlə eyni tipli malları satan şirkətlərlə müqavilə bağlanmasını Alıcılarınıza qadağan edən bənd daxil edin. Bununla yanaşı Alıcıların kredit borcları və digər öhədlikləri barədə məlumaltarı mütəmadi olaraq nəzarətdə saxlayın.
Şirkətlərin fəaliyyət sektoruna uyğun olaraq əlavə müqavilə və razılaşmaların imzalanması tələb oluna bilər. Bunu daha dəqiq bilmək üçün şirkətin hüquqi sənədlərinin ekspert tərəfindən hüquqi audit olunmasına ehtiyac vardır.
Əlaqə üçün:
+994 12 464 87 61
+994 50 247 02 17
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















