SOCAR yeni "DESFA" cəhdi
"Yunanıstan hökuməti indi də SOCAR-ı etibarlı tərəfdaş kimi görür". Bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas müsahibəsində bildirib.
"Hansısa məsələ ortaya çıxanda bu barədə danışıqlar aparılır. Hər bir tərəf öz nəzər-nöqtəsini, fikrilərini, təkliflərini ortaya qoyur. Bu danışıqlar uzun müddət sürür. Hər danışıq müsbət, nisbətən bir az müsbət, yaxud ümumiyyətlə, mənfi yekunlaşa bilər. Bizim məsələyə gəldikdə, tərəflər dostsayağı, yaxşı mühitdə danışıqlar aparıb. Ötən il noyabrın 13-də danışıqlar təəssüf ki, müsbət yekunlaşmadı. DESFA ilə bağlı yeni tender elan ediləcək və bildiyimə görə, SOCAR yeni tenderdə iştirak etmək üçün öz marağını nümayiş etdirib. Hər iki tərəf arasında dostsayağı mühit var və heç bir problem yoxdur. Tender rəsmi olaraq elan edilməyib, amma artıq 5-6 şirkət rəsmi şəkildə tenderə maraq göstərdiyini açıqlayıb", - deyə diplomat qeyd edib.
Xatırladaq ki, ötən ilin dekabr ayının 1-də SOCAR, Yunanıstanın Özəlləşdirmə Fondu və "Hellenic Petroleum S.A." şirkəti Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda deyilir: "SOCAR, Yunanıstanın Özəlləşdirmə Fondu və "Hellenic Petroleum S.A." şirkəti DESFA-nın 66%-nin özəlləşdirilməsi müddətini uzatmamağı qərara alıblar. 2013-cü il iyunun 21-də Yunanıstanın Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan edib. Son iki ildə SOCAR Yunanıstan və Avropa Birliyi tənzimləyici orqanlarından özəlləşdirmənin təsdiqi, müvafiq tələblərin yerinə yetirilməsi, o cümlədən DESFA-da iştirak etmək üçün potensial alıcıların dəvət olunması istiqamətində işlər aparıb".
Məlumatda həmçinin deyilir ki, SOCAR, "Snam" və satıcılar DESFA-nın maliyyə vəziyyətinə və bazar dəyərinə təsir edən Yunanıstanın qanunvericiliyinə son dəyişikliklər fonunda qarşılıqlı məqbul olan həllin tapılması ilə bağlı son bir neçə ayda intensiv danışıqlar aparıblar: "Danışıqlar dostluq şəraitində keçib, Yunanıstan hökuməti və satıcılar hər zaman razılaşmaya münasibətdə dəstəkləyici və əməkdaşlıq mövqeyi tutublar. Lakin, tərəflər investorların və satıcıların maraqlarına cavab verən qarşılıqlı məqbul kommersiya mexanizmi üzrə razılığa gələ bilməyiblər. Nəticədə, 2016-cı il noyabrın 30-da razılaşmaya xitam verilib".
SOCAR razılaşmanın dayandırılmasının Yunanıstanda və regionda gələcək investisiyalarına təsir etməyəcəyi qənaətindədir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















